“Bakı-Tbilisi-Qars” iki qitəni polad əsaslarla birləşdirən unikal Avrasiya layihəsidir” – DEPUTAT – YENİLƏNİB

Jalə Əliyeva: “Bakı-Tbilisi-Qars  dəmir yolu iki qitəni polad əsaslarla birləşdirən unikal Avrasiya layihəsidir. Mən fürsətdən istifadə edərək bu yolun çəkilişində iştirak edən minlərlə vətənpərvər işçini, layihənin araya-ərsəyə gəlməsində rolu və xidməti olmuş hər bir hökümət üzvünü,  və əlbəttə ki, hörmətli həmkarımız Cavid Qurbanovu təbrik edirəm. Bu yol sabitliyə, sülhə xidmət edən etibarlı yoldur. Və bundan sonra da 100 illiklər boyu ölkəmizin və reqionun inkişafına, tərəqqisinə, əmin-amanlığa öz töhfəsini verəcək…”    

Milli Məclisdə büdcə müzakirələri zamanı  (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva çıxşına yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranması və onun 25 illiyindən başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, YAP-ın 25 illiyi ölkənin ali iqtisadi sənədinin -büdcə zərfinin müzakirəsi dövrünə təsadüf edir:

“Düz 25 il öncə ölkənin ictimai-siyasi həyatına yeni qurum-YAP qədəm qoydu. Bu partiya da Azərbaycan ziyalılarının mərhum Heydər Əliyevə məlum və məşhur müraciətinin nəticəsi olaraq, yarandı. Ölməz Heydər Əliyevin rəhbərliyi ilə ölməz bir partiyanın – YAP-ın əsası qoyuldu və son 24-25 ildəki bütün uğurlarımız da məhz bu partiyanın, onun yaradıcısının, həmçinin, ölkə Ppezidenri cənab İlham Əliyevin adı ilə bağlıdır”.

Sonra büdcə zərfindən danışan millət vəkili hər şeyi dövlətin üzərinə atmağın düzgün olmadığını bildirib.

O, qeyd edib ki, məsələlərin həllində dövlətlə yanaşı vətəndaşlar özləri, o cümlədən, biznes-özəl sektor da fəallıq göstərməlidir.

Millət vəkili deyib ki, təmsilçisi olduğu Zərdabın Mədəniyyət Evinin yenidən qurulmasına ciddi ehtiyac var.

J. Əliyeva çıxışında həmçinin, Ucar-Zərdab rayonlarının kənd və qəsəbələrinin digər problemlərinin həllini qaldırıb və hökumət üzvlərindən bunlara diqqət ayırmasını istəyib.

***

jala aliyeva

ÇIXIŞIN TAM MƏTNİ:

“Mədəniyyət  sahəsinə  də digər sahələrə olduğu kimi, ötən ilə nəzərən daha çox vəsait ayrılmasına baxmayaraq, düşünürük ki, bu vəsait dövlət mədəniyyət siyasətinin tam gücüylə həyata keçirilməsi üçün kifayət deyil…”

Bu ilki büdcə müzakirəsi  çox əlamətdar bir tarixə təsadüf edir. Bundan tam 25 il əvvəl 1992-ci ilin 21 noyabr tarixində ölkənin ictimai-siyasi həyatına yeni bir qurum daxil oldu. Bu qurum  Yeni Azərbaycan Partiyası adlandırıldı. Ulu öndər Yeni Azərbaycan Partiyasının yaranmasından çox sonralar 1999-cu ildə bir çıxışında qeyd edirdi ki, bu partiyanın yaranması tarixi hadisə idi. Bəs bu partiyanın yaranmasını tarixi hadisəyə çevirən nə idi?Bu suala cavab vermək üçün 1992-ci ilin oktyabr ayında ziyalıların imzası ilə Bakıdan Naxçıvana göndərilən “Azərbaycan Sizin sözünüzü gözləyir” sərlövhəli yazını oxumaq kifayətdir. Aqillərdən biri deyir ki, “Öldükdən sonra yaşamaq istəyirsənsə, ölümsüz bir əsər yarat”. Heydər Əliyev də ölümsüz bir partiya, ölümsüz bir dövlət, ölümsüz bir ölkə yaratdı. Təməlində o böyük şəxsiyyətin ideyalarının dayandığı nəhəng quruculuq işləriylə, gündən-günə güclənən iqtisadiyyatımız, sürətlə abadlaşan və inkişaf edən şəhər və kəndlərimizlə, elmimizlə, mədəniyyətimizlə, səhiyyəmizlə qürur duyuruq və bu qüruru bizə yaşatdığı üçün əziz Prezidentimizə borcluyuq. Bu gün ölkədə və reqionda məhz onun rəhbərliyi və liderliyi ilə möhtəşəm layihələr həyata keçirilməkdədir. Həmin layihələrdən birini burada xüsusilə qeyd etmək istəyirəm. Cəmi 20 gün əvvəl – 30 oktyabr tarixində ölkə və xalq olaraq növbəti qüruru yaşadıq. Həmin gün Azərbaycan öz  müstəqillik tarixinin yeni möhtəşəm səhifəsini yazdı. Həmin gün  Bakı-Tbilisi-Qars  dəmir yolu xəttinin təntənəli açılışı oldu. Bu təntənə birinci növbədə cənab İlham Əliyevin qətiyyətli mövqeyinin, sarsılmaz iradəsinin, həm ölkə daxilində, həm də region və dünya ölkələri baxımından həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bakı-Tbilisi-Qars  dəmir yolu iki qitəni polad əsaslarla birləşdirən unikal Avrasiya layihəsidir.

qars-2

qars-1

Mən fürsətdən istifadə edərək bu yolun çəkilişində iştirak edən minlərlə vətənpərvər işçini, layihənin araya-ərsəyə gəlməsində rolu və xidməti olmuş hər bir hökümət üzvünü,  və əlbəttə ki, hörmətli həmkarımız Cavid Qurbanovu təbrik edirəm. Bu yol sabitliyə, sülhə xidmət edən etibarlı yoldur. Və bundan sonra da 100 illiklər boyu ölkəmizin və reqionun inkişafına, tərəqqisinə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.        Müzakirə etməkdə olduğumuz büdcə layihəsi də, ölkədəki inkişafın, tərəqqinin, əmin-amanlığın aynası kimi  qiymətləndirilməlidir.         Çoxsaylı çıxışlardan və müzakirələrdən sonra gəlinən nəticə budur ki, büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış əhəmiyyətli bir sənəddir. Önümüzdəki ilin büdcə layihəsinin dünyada baş verən iqtisadi neqativ hadisələr fonunda hazırlanmış olması onu xüsusilə əhəmiyyətli edir. Büdcə layihəsində bütün sahələrə, ötən illərlə müqayisədə daha çox vəsait ayrılması əlbəttə ki, sevindiricidir və bu göstərici ümumilikdə ölkənin iqtisadi gücünün sübutudur.  Eləcə də ölkədə hökm sürən ictimai, iqtisadi, siyasi sabitliyin, eyni zamanda maliyyə sabitliyinin göstəricisidir. Biz bu layihəni əlbəttə ki, dəstəkləməklə birlikdə təkliflərimizi də səsləndirməyi vacib hesab edirik. Mədəniyyət  sahəsinə  də digər sahələrə olduğu kimi, ötən ilə nəzərən daha çox vəsait ayrılmasına baxmayaraq, düşünürük ki, bu vəsait dövlət mədəniyyət siyasətinin tam gücüylə həyata keçirilməsi üçün kifayət deyil. Bunun üçün də:

-Xüsusilə  film yaradıcılığında keyfiyyətin artırılması, dünya səviyyəli filmlərin istehsal edilməsi üçün büdcədən daha samballı  vəsait ayrılmasını;  -Kitabxanaların, xüsusilə rayon kitabxanalarının ölü orqanizmdən işlək mexanizmə çevrilməsi üçün tədbirlər görülməsini; -İcbari tibbi sığortanın bütün ölkədə tətbiq edilməsi işinin sürətləndirlilməsini; -Güzəştli ipotekaların sadəcə dövlət qulluqçularına deyil, eyni zamanda müəllimlərə, həkimlərə, o cümlədən mədəniyyət, incəsənət xadimlərinə, yaradıcı şəxslərə də şamil edilməsini;-İnternat məktəblərdən məzun olan gənclərin ev və işlə təmin olunmasını xahiş edirik.

jala

Büdcə layihəsinin komitələrdə müzakirəsi zamanı hörmətli Bahar xanım çox əhəmiyyətli bir fikir səsləndirərək dedi ki,  həlli vacib məsələlərin həllini sadəcə dövlətdən gözləməyək. Özəl sektor, iş adamları da bu prosesə fəal şəkildə qoşulmalıdırlar. Çox təqdiredici bir təklif idi. Mən də öz növbəmdə buradan işadamlarına, böyük biznes strukturlarının rəhbərlərinə müraciət edirəm.   Ölkədə  hər gün  ayrı-ayrı tikinti şirkətləri tərəfindən onlarla göydələn ucaldılır. Həmin göydələnlərin hər birindən kimsəsiz, himayəsiz yeniyetmələr və gənclər üçün, eyni zamanda az gəlirli ailələr üçün  mənzil fondunun yaradılması yəqin ki, Allaha da xoş gedər, bəndəyə də. Mən bir neçə kəlmə də deputatı olduğum Zərdab və Ucar rayonları ilə bağlı daha əvvəlki illərdə səsləndirdiyimiz, lakin hələlik həllini tapmayan məsələləri də bir daha diqqətinizə çatdırmaq istəyirəm:

-2010-cu ildə Kür daşqını zamanı qəzalı vəziyyətə düşən şəhər 1 saylı natamam orta məktəbin, (həmin məktəb daha əvvəlki sənədlərdə Təzəkənd 8 illik kənd orta məktəbi olaraq qeyd edilib)  yenidən tikilməsi üçün etdiyimiz müraciət nəzərə alınıb, hətta, tikinti üçün yeni yer də ayrılıb. Lakin, təəssüf olsun ki, bu günə qədər tikinti işləri başlanmamışdır. Üstəlik, eyni məktəbdə keçən il yanğın baş verib və məktəb tam yararsız vəziyyətə düşüb. Həmin məktəblə bağlı qərarın bir daha nəzərdən keçirliməsinə və tikinti işlərinin tezliklə başladılmasına; -Zərdab rayonunun Gəlmə kəndində körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsinə ehtiyac var. -Qəzalı vəziyyətdə olan Məlikli və Körpükənd   kənd sahə xəstəxanaları üçün yeni binaların tikilməsi də xahişlərimiz sırasında idi. Doğrudur Məlikli kənd xəstəxanası bu il cari təmir edilib. Amma həmin xəstəxananın və Körpükənd xəstəxanasının da yeni binayla təmin edilməsinə  və ya əsaslı təmirinə; 

meclissssss                                  

-Ötən il cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakları ilə açılışı edilən müasir yüksək standartlı rayon mərkəzi xəstəxanasında müxtəlif ixtisaslı həkim çatışmazlığının aradan qaldırılmasına;-Zərdab Rayonunun Kəndəbil, Şıxbağı, Ağabağı, Nəzəralılı, Sileyli, Çilovxanlı kəndlərinə və Bəyimli qəsəbəsinə qaz xəttinin çəkilməsinə;-Zərdab şəhəri ərazisində çəkilməsinə başlanılmış, lakin sonradan tikintisi dayanmış kanalizasiya xəttinin tikintisinə başlanmasına;-Qəzalı vəziyyətdə olan Tarix-Diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsinə və rayon Mədəniyyət Evinin əsaslı təmir olunmasına da ehtiyac var.Eyni zamanda deputatı olduğum Ucar rayonunun da Bərgüşad və Lək kəndlərində bərbad vəziyyətdə olan Mədəniyyət Evinin əsaslı təmirini, Lək kəndində məktəb qazanxanalarının qazla təmin olunmasını (doğrudur həmin kənddə mövcud olan iki məktəbdən birinə qaz xətti çəkilib. Lakin sayqac quraşdırılmadığından hər iki  məktəb hal-hazırda  istiliksizdir), Bərgüşad kəndində qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsini və həmin kənddə 1961-ci ildə çəkilmiş, qəzalı vəziyyətdə olan elektrik xəttinin və dirəyinin yenilənməsini xahiş edirik.

Ümid edirik ki, səsləndirdiyimiz məsələlərin həlli istiqamətində hörmətli hökumət üzvlərimiz tərəfindən 2018-ci ilin Dövlət büdcəsində müəyyən addımlar atılacaqdır.

Sonda bir daha bu mükəmməl sənədin hazırlanmasında əməyi keçən hər bir hökumət üzvünə təşəkkürümüzü bildiririk.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Yevda Abramov büdcə müzakirələrində bahalaşmadan gileyləndi…

Read Next

“Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir