Jalə Əliyevanın daha bir-İZDİHAMLI VƏ MÖHTƏŞƏM GÖRÜŞÜ, SEÇİCİLƏRİNDƏN BÖYÜK DƏSTƏK NÜMAYİŞİ – FOTOLAR

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) Mədəniyyət Komitəsinin sədr müavini, professor Jalə Əliyevanın Zərdab şəhər Mədəniyyət Mərkəzində seçicilərlə izdihamlı və möhtəşəm görüşü baş tutub. 

Etikxeber.az-a deputatlığa namizədin Seçki Qərargahından verilən məlumata görə, görüş zamanı  500 nəfərlik zal və 2-ci mərtəbədəki loja tam dolub. 

Həmçinin, Mədəniyyət Mərkəzinin görüş keçirilən zalında, eləcə də, binanın həyətində bir qrup insan ayaqüstə tədbiri sonacan izləyib. 

İştirak edənlərə gəlincə, onlar həm şəhər ictimaiyyətinin nümayəndələri, həm də ayrı-ayrı kəndlərdən gəlmiş insanlar olub.  

Görüş iştirakçıları arasında rayon ağsaqalları, qadınlar, gənclər, ziyalılar üstünlük təşkil edib.  

Görüş iştirakçıları deputatlığa namizədi gurultulu alqışlarla qarşılayıb, şüarlarlar səsləndiriblər.

Görüşdə ilk növbədə insanlar, seçicilər ölkə Prezidenti İlham Əliyevə, birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan dövlətinə sadiqlik nümayiş etdirərək,  “Bizim Prezidentimizə böyük sevgimiz var!” şüarını səsləndiriblər. 

Eyni zamanda, J. Əliyevanın nitqindən əvvəl yerdən “Biz öz mövqeyi, çıxışları ilə hər zaman dövlətinin yanında, eyni zamanda, xalqının yanında olan, xalqının, seçicilərinin sözünü yuxarı orqanlara çatdırmağı bacaran və qaldırılan məsələlərin həlli yollarına çalışan, həllinə nail ola bilən deputatımızı sevirik” şəklində səslər yüksəlib.

J. Əliyeva uzun sürən alqışlardan sonra seçicilərə müraciətlə səslənib ki, “gəlin istəyirsiniz iclasımızı başlayaq və qarşılıqlı söhbət edək”.

Bunun qarşılığında isə  J. Əliyevaya deyiblər ki, “sizi 15 ildir tanıyırıq, 15 ildir millət vəkili seçmişik. Biz sizin tərcümeyi-halınızı hər qarışına qədər bilirik. Keçdiyiniz yolu, həyat yolunu, siyasi fəaliyyətinizi, ictimai fəaliyyətinizi bilirik. Ona görə, sadəcə, təşəkkür edirik ki, bu gün burdasınız, yenə də yanımızdasınız. İstəyərdik ki, bu görüş səmimi bir söhbət şəklində davam etsin”. 

Rayon sakinlərindən- Zərdab Veteranlar Şurasının sədri Neman Yediyarov, Gödəkqobu kəndindən Aruz İbadov, Dəkkəoba kəndindən Famil Şıxəliyev görüdüyü işlər üçün J. Əliyevaya təşəkkürlərini bildirib və hər biri öz bölgəsi adından onu dəstəklədiklərini dilə gətiriblər

Həmçinin, Qoşaoba qəsəbəsindən Namət Qasımov, və Gəndəbil kəndindən Seyran Əliyev hər biri öz kəndlərinin mövcud problemləri ilə bağlı deputatlarına müraciət edib və J.Əliyevadan onların həllinə köməklik göstərilməsini xahiş ediblər. 

Tədbirdə iştirak edən Zərdab şəhər sakini İsmayıl Rzayev isə J. Əliyevaya onun ailəsinə- hemofiliyadan (qan xəstəliyindən) əziyyət çəkən iki övladına davamlı yardım, onların Bakıya aparılıb-gətirilməsinə köməklik göstərdiyinə görə, təşəkkürünü bildirib. 

Eyni zamanda, Gödəkqobu kənd sakini Şərif Babayev J. Əliyevaya ona çox diqqətlə yanaşdığına, uzun illərdir əldə edə bilmədiyi rəsmi dövlət sənədlərinin alınmasında köməklik göstərdiyinə, amma çox təəssüflər olsun ki, onun fikirlərinin digər deputatlığa namizəd tərəfindən yanlış bir şəkildə ictimaiyyətə çatdırıldığına görə, narahatlıq keçirdiyini və bu fikirləri bu insanların qarşısında açıqlamaq üçün kənddən durub görüşə gəldiyini bildirib.

Çıxış edənlər J. Əliyevanın həmçinin, digər namizədlər tərəfindən haqsız hücumlara məruz qoyulduğu üçün narahatlıq keçirdiklərini, narazılıqlarını bildiriblər və digər namizədləri sivil, demokratik qaydada, şər-böhtan kampaniyasından uzaqlaşaraq, mübarizə aparmağa dəvət ediblər.

Tədbirin sonunda da ölkə Prezidentinin, Azərbaycanımızın, dövlətimizin bu günü və gələcəyi naminə şüarlar səsləndirilib. 

Tədbir həm zalda oturanlar, həm də deputatlığa namizəd Jalə Əliyeva tərəfindən səsləndirilən “Yaşasın, Prezidentimiz, yaşasın, Zərdabımız!” şüarı və alqışlarla başa çatıb.

Etikxeber.az

Etikxeber.az

Read Previous

“Prezidentin çıxışında yeni yanaşmalar ortaya qoyuldu” – ZİYAD SƏMƏDZADƏ İQTİDADÇILARI VƏ SAHİBKARLARI BİR ARAYA GƏTİRDİ – FOTOLAR

Read Next

Qeydiyyatını dəyişən seçicilərə səsvermə vəsiqəsinin verilməsi müddəti başa çatır-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir