Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, professor Jalə Əliyevanın həmtəsisçisi olduğu Həsən bəy Zərdabi İrs Mərkəzi Zərdab rayonundan olan İkinci Vətən Müharibəsi Qaziləri və onların ailələrinə ərzaq yardımı edib.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, bir neçə gün öncə millət vəkilinin, həmçinin, həmtəsisçisi olduğu Mərkəzin təşəbbsüsü və iştirakı Qazi ailələrinə geniş dəstək məqsədi ilə layihəyə-kampaniyaya start verilib
Qazi ailələrinə dəstək məqsədi ilə start verilən layihənin ilk mərhələsi olaraq da, fevralın 17-də Zərdab rayonunda yaşayan 51 Qazi ailəsinə ərzaq yardımını göndərilib.
Eyni zamanda, layihə çərçivəsində Qazilərin sosial, hüquqi, tibbi problemlərinin hər zaman diqqət mərkəzində saxlanılması, müvafiq yardımlar göstərilməsi nəzərdə tutulur.
Mərkəzin yaydığı açıqlamada isə bunlar bildirilir:
“Biz, Azərbaycanda sosial sahədə əsas prioritetlərdən biri kimi şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi ilə bağlı dövlət siyasətinə birinci növbədə bir vətəndaş kimi dəstək olmağa çalışırıq.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən müqəddəs şəhid ruhlarına və sağlamlığını fəda edən qazilərimizə bir ömür boyu borcluyuq!
Unutmarıq və Unutdurmarıq!
Layihəmizə dəstək verən, adlarını daha əvvəlki məlumatlarımızda açıqladığımız dəyərli həmyerlilərimizə, eyni zamanda sovqat qutularının təşkili və paylanmasında bizə yaxından kömək edən millət vəkili Jalə Əliyevanın köməkçisi Firdovsi Eyvazova, Zərdab Sunny marketin əməkdaşı Ülvi İsrafilova və gənc könüllü Tofiq Qədimova xüsusi təşəkkürümüzü bildiririk”.
Etikxeber.az