Jalə Əliyeva Ali Baş Komandan İlham Əliyevin ən ali Ordenlə təltif olunmasını-TƏKLİF ETDİ

Milli Məclisin (MM) Ailə,qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevlə bağlı təkliflə çıxış edib.

Etikxeber.az-a özəl açıqlamasında millət vəkili bildirib ki, 44 günlük tarixi və möhtəşəm İkinci Vətən Müharibəsi ilə Azərbaycan Ordusu və bu Ordunun Sərkərdəsi, Ali Baş Komandanı Tarix, Zəfər yazdı, 32 illik qanlı münaqişəni Qələbə ilə sonuclandırdı.

“Xalqımız artıq ölkə Prezidenti cənab İlham Əliyevə Qurucu, Xilaskar, Qalib Sərkərdə, Milli Qəhrəman, Xalq Qəhrəmanı, Müzəffər Ali Baş Komandan kimi müraciət edir. Ona görə təklif edərdim ki, keçdiyimiz böyük yolun bütün amillərini özündə əks etdirəcək olan ən ali ad, ən ali titul təsis edilərək, məhz dövlət başçısı-bütün Qələbələrimizin səbəbkarı və təminatçısı olan cənab İlham Əliyevə təqdim edilsin. Bu, düşünürəm ki, çox ədalətli, tarixi bir qərar, addım olardı. Çünki biz əgər bu gün bu mübarizəmizdə böyük igidlik, qəhrəmanlıq göstərən insanlarımızın təltif edilməsindən danışırıqsa, o zaman bu Qəhrəmanların Qəhrəmanı-ən böyük Xilaskarımız, Müzəffər Ali Baş Komandanımız olan cənab İlham Əliyev bu adların ən böyüyünə layiqdir. Bu, təkcə mənim deyil, bütün Azərbaycan xalqının fikri, arzusu, yekdil mövqeyidir”-deyən millət vəkili xatırladıb ki, bu yöndə təklifini MM-in son iki iclasında da səsləndirib, dilə gətirib.

Onu da qeyd edək ki, MM-in dünənki iclasında dövlət başçısının “Xilaskar” ordeni təsis olunaraq, həmin ordenlə təltif edilməsi, həmçinin, Ali Baş Komandana “Ordu Marşalı” rütbəsi verilməsi təklifləri səsləndirilmişdi.

Təkliflər millət vəkilləri Fəzail Ağamalı və Məlahət İbrahimqızı tərəfindən səsləndirilmiş, həmçinin, J. Əliyeva tərəfindən də dəstəklənmişdir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası 24-də olacaq-6 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ

Read Next

“25 illik həyat yolunun Füzuli nidası”-QƏNİRƏ PAŞAYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir