Jalə Mütəllimova Fəzail Ağamalının – MÜŞAVİRİ OLDU – FOTO

Uzun müddətdir dəvət var idi. Nəhayət qərara gəldim ki, qəbul edim. Bundan sonra Ana Vətən Partiyasında (AVP) partiya sədrinin təhlil və proqnozlaşdırma üzrə müşaviri kimi siyasi-ictimai fəaliyyətimə davam edəcəyəm. 
Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist Jalə Müəllimova deyib.
Qeyd edək ki, Jalə Mütəllim qızı Mütəllimova 1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib.

1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də yenidən fəaliyyətə başlayıb. Holdinq nəzdnindəki APA TV-də teleaparıcı və layihə rəhbəri olub. Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı olub. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarıdır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyində, “Təhsil TV”-də və “Azərbaycan müəllimi” qəzetində layihə təhbəri, yazar olaraq fəaliyyətdədir. 2019-cu ildən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun dəstəkləyən, sosial ədalətsizliklərin göstəricisi olan məsələləri işıqlandırmaq üçün jalebloq.az saytını yaradıb, fərdi bloq fəaliyyəti ilə məşğuldur.

Ailəlidir, üç övladı var.  

Etikxeber.az

Read Previous

“Parlament isalahatçı, təşəbbüskar olmaqla islahatlar prosesinə töhfə verməlidir” – YAP-ÇI DEPUTAT

Read Next

Prezident seçkilərlə bağlı – KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ SORĞU GÖNDƏRDİ VƏ… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir