“jAzzeri Bands” caz musiqisi axşamı…

Heydər Əliyev Sarayında istedadlı yerli gənc caz ifaçılarının konsert proqramı təşkil olunub.

Sarayın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında Mikayıl Rəfiyev və Excellent Music Band, Diana Hacıyeva və DiHaj, Cəmilə Haşımova və Jazzers Band, Nərmin Kərimbəyova və Freedom Band iştirak ediblər.

Caz ifaçıları konsertdə öz repertuarlarından sevilən caz musiqiləri və yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər.

Etikxeber.az

Read Previous

Prezidentlər bəyanatlarla çıxış etdilər – FOTOLAR -YENİLƏNİB

Read Next

Paşayevadan müraciət: “Göbələk yeyənləri çox diqqətli olmağa çağırırıq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir