Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Etikxeber.az-ın məlumatına görə, iclasda çıxış edən Sooronbay Jeenbekov sabiq Prezident Almazbek Atambayevin hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərərək ölkə Konstitusiyasını və qanunlarını kobud surətdə pozduğunu bildirib.
O, deyib ki, Qırğızıstan hüquqi və sivil dövlətdir, ölkənin bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə cavab verməlidir.
Onun sözlərinə görə, ölkədə qanunçuluğun, sülhün və təhlükəsizliyin qorunması üçün təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.
İclasda Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Opumbaev, Daxili İşlər naziri Kaşkar Junuşaliev və Baş prokuror Otkurbek Jamşidov yaranmış vəziyyət haqqında məlumat veriblər.
Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, hökumət qüvvələri ilə sabiq Prezident Almazbek Atambayevin tərəfdaşları arasında olan qarşıdurmada yaralananların sayı 52 nəfərə çatıb.
Etikxeber.az