Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Jirinovskinin sərsəmləmələri barədə
***
Vladimir Jirinovski illərdir Rusiya siyasətindədir, amma Rusiya siyasətini təmsil etmir.
Rusiya eltasının ona dözümlülüyünün yeganə səbəbi ali dairələrin ona təlxək kimi yanaşmasıdır.
Daha dəqiqi ən yeni dövrün bütün Rusiya hakimiyyətləri üçün 75 yaşlı bu qocanın saray təlxəyindən artıq dəyəri yoxdur.
Bəzən, iddia olunur ki, rəsmi Moskva deyə bilmədiyini Jirinovskiyə dedirdir.
Ola bilsin ki, daxili siyasətdə, konkret olaraq ayrı-ayrı məmur oliqarxların zaman-zaman silkələnməsi üçün bu avantüristin xidmətindən istifadə oluna bilər, amma dəqiqdir ki, Rusiya kimi nəhəng gücün Jirinovskinin pozuq və pətək dili ilə danışmasına ehtiyacı yoxdur.
Konkret Azərbaycana gəlincə, Rusiya Azərbaycan münasibətlərinin xarakteri də, səviyyəsi də, tərəflərin məqsəd və niyyəti, maraqlarının sərhədləri də bəllidir. Rusiyanın Azərbaycan siyasətini şəxsən cənab Putin müəyyən edir.
Prezident Putinin isə ən ağır dövrlərdə, Vətən müharibəsinin gedişatında Azərbaycana münasibəti aydın göründü.
Yəni, indi hansısa jizofreniya xəstəsinin Azərbaycan barədə plan və proqnoz verməsi, hansısa bir təlxəyin təkliflər irəli sürməsinin heç bir əhəmiyyəti yoxdur.
Unutmamalı ki, Jirinovski Rusiya deyil, heç rus da deyil.
Rusiya cəmiyyətində minimal hörməti yoxdur və yalnızca rus mediasının sensasiya seqmenti üçün maraqlıdır.
Bəhruz MƏHƏRRƏMOV,
Millət vəkili
Etikxeber.az