Jota Avroliqanın onaltıdabir final mərhələsinin ən yaxşı futbolçusu-SEÇİLDİ…

Fevralın 22-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.

Etikxeber.az UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin “Vulverthemton” klubunun oyunçusu Dioqo Jota səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.

İyirmi üç yaşlı portuqaliyalı yarımmüdafiəçi komandasının “Espanyol” (İspaniya) klubunu 4:0 hesabı ilə məğlub etdiyi oyunda üç qol vurub.

Futbolçu səsvermədə Yanis Hacı (“Qlazqo Rengers”, Şotlandiya), Daiçi Kamada (“Ayntraxt”, Almaniya) və Lusiano Vietto (“Sportinq”, Portuqaliya) qabaqlayıb.

Etikxeber.az

Read Previous

“Bu, həm də Avropa İttifaqına üzv olan digər ölkələr üçün yaxşı bir nümunə olacaq…” – HİKMƏT BABAOĞLU

Read Next

“Hər kəs yalnız öz təşkilatını sata bilər, amma…” – ERKİN QƏDİRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir