“Jurdom”la bağlı sonuncu statusum-yazım…-KAMİL HƏMZƏOĞLU

Haqqı, ehtiyacı, peşəkarlığı olan jurnalistlərin evlə-mənzillə məhz dövlət hesabına təmin olunması məsələsi ətrafında artıq bütün dəyərlər dəyərsizləşib və dəyərsizləşdirilib…

Haqsızların ucbatından bütün haqlılar, ehtiyaclılar, ən əsası vicdanlılar və peşəkarlar bir-birinə qarışıb-qarışdırılıb…

Səbəb-səbəbkarlar…kənarda qalıb, hamı açıq-gizli bir-birinə qarşı savaş açıb, bir-birinin qanına yeriyir…

Amma və lakin…

Ev, mənzil məsələsi ilk dəfə 2004-2005-ci illərdə ikinci və hazırkı (yaşlı belə deyək) PJB-çilər tərəfindən əsaslı, sistemli, köklü şəkildə gündəmə gəlib və gətirilib…

Konkret olaraq, Elşad Eyvazlı, İlham Quliyev, Nicat Novruzoğlu, Firudin Məhərrəmli, Ağanisə, Südabə Cahangirli, Dünya Sakit, bəndəniz, Aqil Camal, Alim Hüseynli, həmçinin, Aqil Ələsgər…Sonradan Azadə Balayeva, Afət Telmanqızı, Fərəh, Xəqani, Elməddin, Aqil Aslan və digər bir neçə tanınmış jurnalist, PJB üzvü…Söhbət də ilkin mərhələdən gedir…

O vaxt həm həmkarlarımızdan-sıravilərdən buna barmaqarası baxanları, istehza ilə yanaşanları da az deyildi…Guya öz aləmlərində bizə lağ edirdilər, “bunlar dəli olub, ağıllarını itirib, indi sovetlər dövrüdür ki, dövlət jurnalistlərə ev versin?”-deyib, gülürdülər… Və sair və ilaxır…

Həmin lağ və istehza edənlər sonradan çox ütük, həyasız və şərəfsiz çıxaraq, hamıdan qabaq mənzilə iddia etdilər və mənzillə təmin olundular…

Həmin vaxt-ilkin mərhələdə baş redaktorlardan, media kapitanlarından çoxu da-iqtidarlı-müxalifətli-müstəqilli-bizlərə atəş açdılar, daha nələr demədilər…

Mehman Əliyev hətta bizi Allahsızcasına və vicdansızcasına iqtidarın “oyunu”nu oynamaqda, diqqəti Elmar Hüseynovun qətlindən yayındırmaqda və digər sicilləmələrdə ittiham etdi…Həmin vaxt hansı şoklar yaşadıq bir Allah, bir də bizlər bilir…

İnformasiyalarımızı belə vermirdilər, kənara tullayırdılar…Ədalət və insaf naminə deməliyəm ki, o vaxt baş redaktorlardan yeganə olaraq Rəşad Məcid, jurnalist deputatlardan isə 8 ildir küsülü olduğumuz Aynur Camalqızı açıq şəkildə bizlərə dəstək verdi…

Şəxsən o vaxtlar- 2005-2008-ci illərdə iki-üç dəfə Aynur xanım mənə zəng edərək, bu məsələyə dəstək verdiyini, həmçinin, açıqlama ilə çıxış etmək istədiyini bildirdi və mən də həmin açıqlamaları “525”-də verdim…Götürüb “525”-in arxivlərinə, köhnə nömrələrinə baxa bilərsiniz…

Sonradan bu sıraya az sayda baş redaktor və bir neçə millət vəkili (jurnalist olmayan) – sabiqlərdən Gültəkin xanım, Hadi müəllim, o cümlədən, Zahid Oruc, Aydın müəllim, Qənirə xanım da…qoşuldu, bizlərdən dəstəyini əsirgəmədi…

Mən öz adımdan, öz gördüklərimdən və şahidi olduqlarımdan bəhs edirəm…

Əslində də bizlər o vaxt mənzil-bina-filan istəmirdik, bunu mümkünsüz sayırdıq, biz, sadəcə, Bakının bir yerində torpaq sahəsi ayrılmasını və jurnalistlərə güzəştli kreditlərin verilməsini istəyirdik ki, özəl şirkətlərdən biri ilə danışıb, ucuz qiymətə mənzil-ev məsələsini həll edək…

Çünki o vaxt ipoteka kreditləri yoxuydu, olsaydı belə, bizim onu ödəmək imkanımız olmayacaqdı, digər kreditləri də almaq mümkünsüz bir məsələ idi…

Amma bu məsələ aydan-aydan, ildən-ilə daha da böyüyərək, inkişaf edərək, hər kəsin diqqətini cəlb etdi…Mətbuat Şurası da (Əflatun Amaşov) bu məsələyə qoşuldu, məsələ dövlət başçısı səviyyəsində qaldırıldı, ölkə Prezidenti tərəfindən müvafiq addımlar atıldı və nəhayət, dövlət büdcəsi hesabına 2013 və 2017-ci illərdə məlum iki bina tikilib istifadəyə verildi…

Bəli, hər ikisində də böyük haqsızlıqlar, ədalətsizliklər yaşandı…

2013-də ən böyük haqsızlığa məruz qalan iki-üç nəfərdən biri və birincisi mən oldum…Bununla bağlı dəfələrlə danışmışam, bilənlər bilir, indi geniş danışmağa da ehtiyac duymuram, müsahibələrim, açıqlamalarım, statuslarım da ortada…

Bu məsələdə siyahıları hazırlayıb verən əksər baş redaktorlar (ən azı 70-80 faiz) böyük məsuliyyət daşıyırlar…Ən böyük məsuliyyət və günah onların çiyinlərindədir…Onların vicdansızlığı olmasaydı, məlum və indiki mənzərə yaşanmazdı, haqlı-haqsız hamı bir-birinə girişməzdi…

Əksər haqlılar, ehtiyaclılar, peşəkarlar qala-qala…bir cümləsi, adamlığı olmayanlar bu qədər üstümüzə gəlməz, çamur yağdırmazdılar…

Yenə də deyirəm, bu məsələdə ən böyük məsuliyyət öz işçilərinin haqqını basıb yeyən, onların haqqını tapdalayan əksər (4-5-ni çıxmaq şərtilə) baş redaktorlardır…Hansı ki, bu gün çoxları onları yox, başqalarını hədəf taxtasında oturdurlar…

Onu da deyim ki, – kim nə deyir-desin artıq vecimə də deyil, – ev-məzil məsələsində hər bir kəs-söhbət haqq edənlərdən, ehtiyacı olanlardan və inşallah, növbəti binanın-mənzillərin verilməsində haqları bərpa olunacaqlardan, öz haqlarına qovuşacaqlardan gedir-dövlətə, dövlət başçısına və 2004-2005-ci illərdə bu məsələni qaldıranlara, mübarizə apanlara, müqavimətlərlə üzləşənlərə, lağ, istehza hədəfinə çevrilənlərə…minnətdar olmalıdırlar…

Olmurlarsa, olmayacaqlarsa da, özləri, Allahları bilər!!!

Üçüncü binada da görmək istədiklərim: Araz Zeynalov, Laçın Səmla, Bəxtiyar Məmmədli, İmdad, Zaur Əhməd, Zöhrə Fərəcova, Pərvanə Sultanova, Zülfiyyə Mustafayeva, Babək Cahandarov, Ləman Ələşrəfqızı, Azadə Balayeva, Sevda Sultanova, Ülviyyə Həsənqızı, Rumiyyə, Dünya Sakit, Südabə Cahangirli, Esmira Qasımova, İlqar Rəsul, Ceyhun Musaoğlu, Şəmsiyyə Kərimova, Səbinə Əvəzqızı, Cavid İsmayıl və Cavid Zeynallı, Elxan Şükürlü, Günel Cəlilova və Amil Hacıyev, Ülkər və Tahir, Mürtəza, Elgün və Xəyalə xanım, Gülnaz, Günel Musa, Azad Əliyev, Jalə Sabirqızı, Səbuhi Sədəf, Real Cəfərli, Bəxtiyar, Cəmilə və İbrahim, İlqar Tağıyev, Anar Nəcəfli, Əmrah Fəqanoğlu, Rasim Mədəd, Rasim İslamov, Rasim İsmayılov, Rufik İsmayılov, İlhamə Rəsulova, Mayıl Ağaxanov, Anar Kəlbiyev, İlkin Pirəli, Günel Türksov, Lalə Paşaqızı, Pərviz Hüseyn, Pərvin Abbasov, Cəvahir, Ramilə Qurbanlı, İlhamə İsabalayeva, İlkin İzzət Bağırov, Həbibə Abdulla və Səbuhi Qafarov, Naibə Qurbanova, Rövşən Ziya, Züleyxa xanım, Tural Turan və Aysel, Elmin Nuri, Namidə və Aqşin, Xətayi Əzizov, Elçin Mehdiyev, Qalib və Güldəstə xanım, Mirmahmud, Nemət, Əli Zülfüqaroğlu, Zülfüqar Hüseynzadə, Sevil Gültən, Yusif Məhəmmədoğlu, Nicat Novruzoğlu, Arzu Qazıyeva, Pərvanə İbrahimova, Mehman Mehdiyev, Vahid Abbas, Sevinc Vaqifqızı, Sevinc Telmanqızı, Aqşin Rafiqoğlu, Elman Cəfərli, Bahar Rüstəmli, Elmar, Rəşad Baxşəliyev, Mübariz Zeynalov, Zeynəb Kazımova, Fərid Ədalət, Turan Teymurov, İbrahim Kamiloğlu, Ülviyyə Sabirqızı, Aynur Elgünəş, Vidadi Məmmədov, Natiq Cavadlı, İntiqam Valehoğlu, Hikmət Həsənov, Amid, Hüseyn İsgəndərov, Murad Əliyev, Sədrəddin Soltanov, Əli Əhmədov, Nəsimi Paşayev və Məhəbbət Hacıyeva, Fərid, Hacıbəy, Zahir Əzəmət, Bəşarət Məmmədov, Billurə Hacızadə, Akif Rüstəmov, Nəsir Əhmədli, Məzahir Süleymanzadə, Vüsalə Hüseynli, Rəşad Vaqifoğlu, Telman İsa, Firudin Məhərrəmli, Emil Quliyev, Anar Cəbrayıllı, Famil Fərhadoğlu, Gültəkin Ələsgər… və sair və ilaxır…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitinə son qoymağın vaxtıdır…”-ZİYAFƏT ƏSGƏROV

Read Next

“Publik hüquqi şəxslərin sayı çoxdur və biz bunda maraqlı deyilik”-MALİYYƏ NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir