Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi anadan olmasının 56 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayıram.
İlham Əliyev parlaq simadır, şəxsiyyətdir, əsl liderdir. Elə liderlər var ki, onların öz xalqı və milləti naminə xidmətləri yalnız üzərindən illər keçdikdən sonra layiqli qiymətini alır. Bu mənada şübhəsiz, onun da özünə vətəndaşlıq hüququnu gələcəkdə qazanacaq xidmətləri yetərincədir. Ancaq İlham Əliyev həm də xalq üçün dəyəri bu gün aşkar görünən nəhəng proseslərin memarı və idarəedicisidir. Onun tariximizdəki rolunun qiymətləndirilməsi üçün zaman kəsiyinə ehtiyac yoxdur.
İlham Əliyev Azərbaycanın demokratik inkişafında söz və ifadə azadlığı prinsipini idarəçiliyin başlıca şərti bəyan edən, mövcud xüsusda kütləvi informasiya vasitələrinin inkişafına böyük dəstək göstərən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına həssas yanaşan işıqlı liderdir.
Buna görə də jurnalistlərin dostudur.
Onun jurnalistlərlə dostluğu bütün dostluqların fövqündədir. Bu dostluqda Azərbaycanı daha yüksəklərdə görmək, bunun üçün var gücü ilə çalışmaq, strateji sahə olan medianın peşəkarlığını milli mənafelər naminə səfərbər etmək əzmi, qayəsi səmimiyyətə söykənən tərəfdaşlıq var.
Azərbaycan jurnalistləri üçün dövlət başçısı ilə dostluq böyük şərəfdir.
Jurnalistlərin əbədi dostu olan cənab İlham Əliyevi 56 yaşının tamam olması münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycanımızın gələcək uğurları da məhz onun adı ilə bağlı olacaqdır.
Uca Tanrı Vətənimizin daha da çiçəklənməsi naminə yorulmaz fəaliyyətində cənab İlham Əliyevə yar və yardımçı olsun!
Əflatun AMAŞOV,
Millət vəkili, Mətbuat Şurasının sədri
Etikxeber.az