“Jurnalistlə münaqişə zonasında qarşıla biləcəklıri vəziyyətlərə hazır olmalıdır” – AMAŞOV

Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 13-də “Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri” mövzusunda plenar iclasla işini davam etdirir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.

Ə. Amaşov qeyd edib ki, münaqişə zonalarında jurnalistlərin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir:

“Həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşıla biləcəklıri vəziyyətlərə əvvəlcədən hazır olmalıdırlar. Eyni zamanda, bütün bu çətin şəraitə baxmayaraq, dəqiq və obyektiv informasiyaların ötürülməsinin təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir”.

Etikxeber.az

Read Previous

“İfrat yoxsulluq ləğv edilib…” – ZİYAD SƏMƏDZADƏ – YENİLƏNİB – (2)

Read Next

Rəy və təkliflər Bakı Şəhər Təhsil İdarəsinə təqdim olunacaq – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir