“Jurnalistlər bina”sında biabırçı durum – “AYIB OLSUN!” – FOTOLAR

“Cəmiyyətə nümunə olmalı olan jurnalist öz yaşadığı blokun qarşısını zibilxanaya çevirib”.

Etikxeber.Az xəbər verir ki, bunu tanınmış jurnalist, hazırda “Jurnalistlər binası” adlanan ikinci binada, C blokunda yaşayan Aqil Aslan  öz “Facebook” səhifəsində yazıb və bir neçə foto paylaşıb.

aqillllll

“Hansısa tərbiyəsiz(lər) “Jurnalistlər binası”nın qarşısına “pampers”dən tutmuş nə desəz atır.

Yazanda, danışanda elə yazıb danışırlar ki, bunlardan mədəniyyətli adam yoxdur bu ölkədə” – deyə, o, sonra yazıb.

Həmin binada və “C” blokunda yaşayan digər jurnalist – Kamil Həmzəoğlu (Həmidov) da yaranmış vəziyyəti biabırçılıq və rəzillik kimi qiymətləndirib:

“Adam söz tapmır deməyə…Bu, insanlıqdan kənar bir hərəkətdir, mədəniyyətsizlikdir, iyrənclikdir…Sadəcə, ayıb, ayıb, bir daha ayıb olsun!”

Fotoları təqdim edirik:

aqil-foto-1

aqil-foto-3

aqil-foto-4

aqil-foto-5

aqil-foto

Etikxeber.az

Read Previous

Ramiz Mehdiyev Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər planını təsdiqlədi

Read Next

Qüdrət Həsənquliyevin də namizədliyi irəli sürüldü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir