Jurnalistlər DYP əməkdaşlarını Dövlət Bayrağı Günündə belə təbrik etdilər- FOTOLAR

Noyabrın 9-da Parlament Jurnalistləri Birliyinin (PJB)  təşkilatçılığı ilə qurumun 20 nəfər üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub.

Etikxeber.az  xəbər verir ki, jurnalistlər Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək,  onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar da hədiyyə ediblər.

polis_1361510294794

Jurnalistlər səfərdən geri qayıdarkən Bakı-Quba yolunda yerləşən Saray postuna gedərək, Dövlət Yol Polisi  (DYP) əməkdaşlarına bayraq həddiyə ediblər.

PJB sədri Elşad Eyvazlı polis işçilərini Bayraq günü  münasibətilə təbrik edib və peşə fəaliyyətlərinin yerinə yetirilməsində uğurlar arzulayıb.

Etikxeber.az

Read Previous

PJB-dən Dövlət Bayrağı Günündə ölkənin Şimal bölgəsində möhtəşəm aksiya – FOTOLAR

Read Next

Prezident Gəncədədir – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir