Jurnalistlər üçün “Şeyxülislam mükafatı” təsis olunacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə media nümayəndələrinə müraciət edib.

Etikxeber.az-ın məlumatına görə, Şeyxülislam jurnalistlər üçün keçirilən “Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda 2 həftəlik seminarın açılışında bildirib ki, fəaliyyətində jurnalistlərə çox arxalanır və onlardan təkliflər gözləyir.

O, qeyd edib ki, jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var: “Mən artıq düşünmüşəm və hazırlanması üçün tapşırıq vermişəm ki, jurnalistlər üçün “Şeyxülislam mükafatı” təsis olunsun. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək”.

Qeyd edək ki, seminarın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və digər şəxslər iştirak edib.

Etikxeber.az

Read Previous

Maliyyə Bazarlarına Nəzarət Palatası: Palata, Mərkəzi Bank və Maliyyə Nazirliyi arasında fikir ayrılığı olmayıb

Read Next

Dövlət Təhlükəsizliyi Xidməti: Rəhimov soyadlı terrorçu məhv edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir