Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA…

Read Next

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb -BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir