Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən xəbərə görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Etikxeber.az

Read Previous

199 yeni yoluxma-İKİ ÖLÜM…

Read Next

Qətldə günahlandırılan general Rövşən Əkbərovun məhkəməsi başlayır-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir