KƏLBƏCƏRDƏN GÖYÇƏ-BASARKEÇƏR BƏYANATI-Vaqif Abdullayev yazır

Prezident İlham Əliyev Kəlbəcərə səfəri çərçivəsində Basarkeçər-Kəlbəcər yolunda dayanaraq bütün Göyçə mahalının, Basarkeçər rayonun sakinlərinin yurd və torpaq sevgisinə böyük sevgi qatan möhtəşəm çıxış etdi.

Göyçənin bir addımlığında dayanaraq bizə Basarkeçərimizin dağ vüqarlı görkəmini, saf havasını, yolunu, izini, suyunu daddırdı, şirin yurd xatirələrimizi xatırlatdı, bizi bir anlıq öz evimizə qaytardı.

“Bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur”– deyən Cənab Prezident bizi öz doğma tarixi torpaqlarımıza – Göyçəyə qayıdacağımıza olan inamımızı da böyütdü.

Basarkeçər camaatının qəlbində bir ümid işığı yandırdı, onların öz qədim dədə-baba torpaqlarına qayıdacağının közərtilərini alovlandırdı. Basarkeçər rayonu qədim Azərbaycan ərazisidir, buradakı 32 kəndin hamısında biz azərbaycanlılar yaşamışıq, cəmi 1000-1200 erməni şəhərin özündə yaşayıb.Göyçə mahalı, Basarkeçər həm də Ulu öndər Heydər Əliyevin çox sevdiyi, xüsusi diqqət ayırdığı doğma ərazilərimizdir. Göyçəlilərin də Ulu öndərə həmişə böyük məhəbbəti, dərin etimadı olmuşdur. Heydər Əliyev rəhbər vəzifələrdə olduğu zaman onların arxa-dayağı olub, diqqət və qayğısını əsirgəməyib, ermənilərin saxtakarlıqlarının qarşısını alıb.

Dədə Ələsgərin büstünü ucaltdırıb, qədim tariximizə, ənənələrimizə sahib çıxıb. Təəssüf ki, Ulu öndərin Qorbaçov rejiminə etiraz edərək vəzifədən getməsindən sonra ermənilər Göyçə mahalında yaşayan soydaşlarımıza qarşı məkrli planlarını həyata keçirdilər, yüz minlərlə azərbaycanlı qədim torpaqlarından deportasiya olundu. Ekologiya elminin banisi, torpaq fədaisi və Ana təbiətin vurğunu olan akademik Həsən Əliyevin də Göyçə mahalında şirin xatirələri yaşayır. Onun Göyçədə, Basarkeçərdə füsunkar təbiətimizin daha da rəngarəng olmasında əvəzsiz xidmətləri vardır.

“Meşə -sərvətimiz, var-dövlətimizin bir hissəsidir”-deyən Həsən Əliyev Basarkeçərin Qoşabulaq, Sarıyaqub kəndlərində olmuş, təbiətin zənginləşməsinə öz dərin töhflərini vermişdir. Prezident İlham Əliyev həmişə, hələ ərazilərimiz işğal altında olanda torpaq xiffəti ilə yaşayan Qarabağ, Zəngəzur camaatına deyirdi ki, səbr edin, biz öz doğma torpaqlarımıza mütləq qayıdacağıq.

Onun müdrik və dahiyanə uzaqgörənliyi həqiqtən də 1 milyon insanın Vətən həsrətinə son qoydu, indi onlar öz torpaqlarımızdadırlar. Cənab Prezident indi də Zəngəzurda, Göyçədə öz ata ocağını tərk etmiş yurddaşlarımıza səbrli olmağı, Basarkeçərə, Göyçəyə qayıdacağımız günləri gözləməyə çağırır.

“Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” -deyən Ali Baş Komandan bu tarixi bəyanatı ilə bizi Göyçə mahalına daha da yaxınlaşdırır.Biz artıq Basarkeçərin düz qarşısındayıq. Səsimiz aydın eşidilir, Kəlbəcərdən Göyçəni ovuc içi kimi görürük.

Bizim torpaqlar, Dədə Ələsgərin ruhu bizi səsləyir.

Bütün Göyçə camaatı acı həsrətin sevinclə sona çatacağına inanır.

Biz Göyçəyə qayıdacağıq! Qarabağ Azərbaycandır! Göyçə Azərbaycandır!

Hörmətli, Cənab Prezident, Kəlbəcərdə Basarkeçərlə bağlı tarixi çıxışınızı böyük sevinclə qarşılayan Göyçə və Basarkeçər camaatı Sizə dərin minnətdarlığını bildirir.

Hörmətlə,

Vaqif ABDULLAYEV,

Siyasi elmlər doktoru, professor

Etikxeber.az

Read Previous

“Demokratiyanın üz qabığı seçkilərdir”-MƏZAHİR PƏNAHOV – YENİLƏNİB

Read Next

Yoluxmada azalma, ölüm sayında artım-3614 NƏFƏR VƏ 23 NƏFƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir