Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışının vergidən azad edilməsi təklif olunur.
Etikxeber.az xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişikliklər edilir.
Qeyd edik ki, dəyişikliklər layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev məlumat verib.
Bildirilib ki, Vergilər Məcəlləsinin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı, satışı ƏDV-dən azad edilib. ƏDV-dən azad olma qeyd olunan qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı , onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-dən azad ediləcək.
Deputat Vahid Əhmədov da çıxışında kənd təsərrüfatı texnikalarının əlavə ehtiyat hissələrinin niyə ölkədə istehsal edilməməsinə etiraz edib.
Millət vəkili çıxışında daxili bazarın qorunmasının vacibliyinə toxunaraq öz zavodlarımızda ehtiyat hissələrinin istehsalının labüd olmasını vurğulayıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az