“Kərimə” də, “Kərim” də, “Taliban” da…olar…Olmasın!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Yenə çox ağır, üzüntülü…dönəm yaşayırıq…

Yenə çox ağır, üzücü mərhələdən, dönəmdən keçirik…

Dövlət, hakimiyyət, iqtidar…Vətəndaşına, İnsanına özün sahib çıx…

Baş tacı olan Şəhidinə, Şəhid ailələrinə, Qazilərinə, Vətən sevdalılarına özün sahiblən, özün yiyələn…

Onları başqalarına sarı itələmə, başqalarına yem, alət etmə…

Yaralı ürəkləri, dərdli könülləri özün oxşa, özün onlara sığal çək…

Haqsızlıqları, ədalətsizlikləri, bərabərsizlikləri, uçurumları ədalətlə, haqla-hüquqla, vicdanla…özün aradan qaldır…

“Qapı”nın arxasında dayanıb, dişlərini qıcayıb gözləyənlər çoxdur…

Boşluqları “doldurmaq” istəyənlər “n” qədərdir…

İmkan, fürsət…vermə…

Özün Vətəndaşına, İnsanına, Şəhidinə, Şəhid ailələrinə, Qazilərinə, Vətən sevdalılarına sahiblənməklə, onlara səmimi qəlbdən, sidq-ürəkdən qucaq açmaqla…boşluqları doldur, əyər-əskikləri, uçurumları aradan qaldır…

Məsləhətçilər, texnoloqlar, yön verənlər… bəs Siz(lər) hara, nəyə, kimə baxırsınız?

Həqiqətləri özünüzə, öz maraqlarınıza görə deyil, Vətəndaşa, İnsana…görə görün…

Həqiqətləri deyin, gözləri, qulaqları açın…

Bu gün əgər insanlar, kütlə bir küçə aralıda olan, yerləşən Şəhidinin ocağına (qanı hələ qurumayan Şəhidinin) ocağına deyil, kor-koranə, bilib-bilmədən, anlayıb-anlamadan…sinə vurmağa, baş yarmağa…axın edirsə…deməli, işlər çox fənadır…

Əgər dərdli, yaralı, başı dumanlı…Şəhid ailəsi övladının üç mərasimini kiminsə təsiri və ağlıylasa…başqa günə keçirirsə…deməli, biz geridən-geriyə, tam qaranlığa doğru gedirik…

İqtidar, hakimiyyət…başbilənləri…silkələnin, ayılın, gözlərinizi dörd açın, ətrafa yaxşı-yaxşı baxın…

Görün ətrafda nələr baş verir, nələr yaşanır…

Hara gəlib çıxmışıq, haraya gətirib çıxarmısınız…

Uduzan tək bizlər deyil, Sizlər də olacaqsınız, Azərbaycan da olacaq…

Vətənsevdalılarına, cəfakeşlərə, təmənnasızlara…bu ölkəni dar, zindan etməyin, onları çörəklə sınağa çəkməyin, sınağa çəkməkdən usanın, əl çəkin…

Onlara-bu ölkənin canlarından çox sevənlərə…meydan verin…

Sonra gec olar…

Sonra “Kərimə” də, “Kərim” də, “Taliban” da, hər nə desən olar, olacaq…

Olmasın!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dələduzluqda ittiham olunan şəxsə bəraət hökmündən-PROTEST VERİLDİ

Read Next

Trampın evində-AXTARIŞ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir