Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Etikxeber.az

Read Previous

Şentop yenidən Bakıya gəlir-ŞUŞA VƏ FÜZULİYƏ DƏ SƏFƏR EDƏCƏK

Read Next

386 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir