Kərimli partiyaların, Ağamalı eks həmkarlarının adından hökumətə səsləndi… – YENİLƏNİB – (1)

Millət vəkili bir neçə partiyanın adından hökumətə və parlament rəhbərliyinə müraciət etdi

Milli Məclisin (MM) iyunun 27-də  keçirilən iclasında 2019-cu ilin dövlət büdcəsi və Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin birinci oxunuşlarda müzakirəsi başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, birinci məsələ barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin, ikinci məsələ barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin məlumatları dinlənilib.

Z.Səmədzadə kölgə iqtisadiyyatının getdikcə aradan qaldırıldığını, bununla şəffaflığın təmin olunduğunu və büdcəyə daxil olan vəsaitlərin daha çoxluq təşkil etdiyini deyib.

H. Rəcəbli isə qeyd edib ki, son dəyişikliklər birbaşa əhalinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur:

“Son günlər atılan addımlar göz önündədir. Bunlar inqilabi addımlardır. Hamısı birbaşa əhalinin sosial vəziyyətinin yaxşlışdırılmasına yönəlib”.

ziyadddddd-1

HADIIII

***

tahir-karimli

fazail_agamali_141015

Müzakirələr zamanı millət vəkili Tahir Kərimli bir neçə partiyanın adından hökumətə və parlament rəhbərliyinə müraciət edib.

Qeyd edib ki, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir, ona görə partiyaların gücləndirilməsi, onlara ayrılan dövlət vəsaitinin artırılması lazımdır.

Millət vəkili həmçinin, ölkədə proporsional seçki sisteminə qayıdış məsələsinin gündəmə gətirilməsinin vacibliyini söyləyib. Millət vəkili eyni zamanda, maliyyə amnistiyası məsələsini qaldırıb: “Biz maliyyə amnistiyası elan etməliyik. Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar”.

Millət vəkili Fəzail Ağamalı təqaüd-pensiya yaşında olan keçmiş deputat həmkarlarının ona məktubla müraciət etdiklərini bildirib:

“Onlar mənə məktubla müraciət edərək, təqaüdlərinin, pensiyalarının artırılmasını, son artımların onlara da şamil olunmasını istəyirlər. Hesab edirəm ki, onların müraciətlərinə baxmaq lazımdır”.

H. Rəcəbli də millət vəkilinə cavab olaraq bildirib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.

***

Qeyd edək ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Müzakirələrin sonunda həmin qanun layihəsi, o cümlədən, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanuna dəyişikliklər  səsverməyə çıxarılaraq, birinci oxunuşda  təsdiqlənib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Büdcənin icrası ilə bağlı sənəd qəbul olundu – SABAHKI İCLAS LƏĞV OLUNA BİLƏR

Read Next

Hakimlərin maaşları ilə bağlı qanun layihəsinə baxıldı və BİRİNCİ OXUNUŞDA QƏBUL EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir