Kabildə növbəti qanlı terrakt: ƏN AZI 95 ÖLÜ… – YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində azı 40 nəfər həlak olub, daha 140 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Etikxeber.az xəbər verir ki, bu barədə 1TV telekanalı  Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Partlayış şənbə günü Əfqanıstan paytaxtındakı xarici ölkə səfirliklərinin və hökumət binalarının yerləşdiyi diplomatik məhəllədə baş verib. Ətrafdakı bir çox binalar zədələnib. Telekanalın məlumatına görə, partlayış terrorçu-kamikadze tərəfindən minalanmış avtomobillə törədilib.

Hadisənin məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

***

Kabildə törədilən partlayış nəticəsində həlak olanların sayı artmaqda davam edir.

1TV telekanalının yerli Səhiyyə Nazirliyinə istinadla yaydığı məlumata görə, partlayış qurbanlarının sayı 95 nəfərə çatıb, daha 158 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Etikxeber.az

Read Previous

“Proses müəyyən bir toqquşmadan fərqli fazaya da keçə bilər…” – DEPUTAT

Read Next

Polşa Rusiyanı ən böyük təhlükə hesab edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir