Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Jurnalist Qerş Kuntsman “New York Daily News” qəzetində yazdığı məqalədə terrorçunun rus diplomatının Ankarada öldürməsini təqdir edib və onun bu hərəkətinə bəraət qazandırıb
“New York Daily News” qəzetində Rusiyanın Türkiyədəki səfirnin öldürülməsini təqdir edən məqaləsi Moskva ilə Vaşinqton arasındakı diplomatik münasibətləri yenidən gərginləşdirib.
Belə ki, jurnalist Qerş Kuntsman “New York Daily News” qəzetində yazdığı məqalədə terrorçunun rus diplomatının Ankarada öldürülməsini təqdir edib və onun bu hərəkətinə bəraət qazandırıb.
Hətta, terrorçunun bu hərəkətini “qəhramanlıq” nümunəsi kimi təqdim edib.
Bu yazıdan sonra Rusiya XİN qəzetə müraciət edərək, maqalə müəllifindən üzr istəməsini tələb etsə də, jurnalist üzr istəməkdən imtina edib.
Etikxeber.az-ın məlumatına görə, çeçen lideri Ramzan Kadırov da “New York Daily News” qəzetində gedən bu yazıya öz sərt reaksiyasını verib.
Belə ki, R. Kadırov amerikalı jurnalistin terrorçunun diplomatı öldürməsini açıq şəkildə dəstəkləməsini qətiyyətlə pisləyib.
Bildirib ki, amerikalı jurnalist öz məqaləsində terrorçunun diplomatı öldürməsini “qəhrəmanlıq” nümunəsi kimi təqdim edərək, onun bu hərəkətini təqdir edib və bu hərəkətinə görə də özünü günahkar hesab etmir.
Ankarada rus diplomatının öldürülməsindən bütün Rusiya və dünya müsəlmanlarının sarsıldığını dilə gətirən Kadırov deyib ki, Andrey Karlovun öldürən şəxsin İslama heç bir aidiyyatı yoxdur:
“Əksinə, belə şəxslər İslamın ən qəti düşmənləri hesab olunurlar. Əgər o, müsəlmanların taleyindən narahat olsaydı, belə hərəkət etməzdi. Ancaq o, bu hərəkəti ilə İslama daha böyük sarsıdıcı zərbə vurdu. Terrorçu iblis dövlətin əmrini icra edərək, bu qanlı olayla bağlı məsuliyyəti öz üzərinə götürdü. Bu terror hadisəsi bir daha sübut edir ki, “İŞİD”, “Əl-Qaidə” Qərbin xüsusi xidmət orqanlarının uşaqlarıdır”.
Etikxeber.az