“Kadrlar dəyişir, yeni sturukturlar yaranır, informasiya savaşında isə yenə geri qalırıq, haqlı olduğmuz halda müdafiə mövqeyindədik…”-POLİTOLOQDAN XİN-Ə VƏ YENİ NAZİRƏ İRAD

Gün ərzində ermənilərin ən azı 3 həmləsini müşahidə etdim.

Birinci həmləni Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın televiziya kanalına müsahibəsiylə etdi və Rusiyanın digər agentlikləri də onun açıqlamasını ətrafa yaydı.

Paşinyan Rusiyada azərbaycanlıların ermənilərə qarşı hücumlarını Azərbaycanın Rusiyada qarışıqlıq yaratması kimi “izah” etdi.

Paşinyan “üçüncü qüvvələr”in də Cənubi Qafqazda və Rusiyada qarışıqlıq yaratmağa çalışdığını iddia etdi. Paşinyan heç şübhəsiz “üçüncü qüvvə” deyərkən Türkiyəni nəzərdə tutub.

Ermənilərin ikinci həmləsi Ermənistan məhsulların Moskvadakı böyük meyvə və tərəvəz bazarına girişə qoyulan yasağın aradan qaldırılmasıyla əlaqəli oldu. Görünür, ticarət mərkəzlərinin sahibi olan azərbaycanlı sahibkarların uzun müddət Moskvada erməni iş adamlarına giriş yasağı qoymasının limiti var idi.

Rusiyanın müvafiq dövlət strukturlarının erməni iş adamlarının xeyrinə məsələyə müdaxilə edəcəyi gözlənilən idi.

Azərbaycan əleyhinə üçüncü həmlə Ukraynadakı separatçılardan gəldi. Luqansk separatçılarının təmsilçisi ekran qarşısına çıxaraq guya Ukrayna Təhlükəsizlik Xidmətinin Azərbaycana muzdlular göndərdiyini iddia etdi.

Həmin müzdlular ukraynalı millətçilər imiş. Ermənilərinə xeyrinə yayılan bu dezinformasiyanın arxasında Rusiyanın müvafiq strukturları dayanır. Çünki, Donbasdakı separatçılar Moskvadan təlimat almadan başqa dövlət əleyhinə açıqlama yaymazdılar, bu onların başını aşan hərəkət olardı.

Ukraynadakı separatçıların Moskvanın xəbəri olmadan Azərbaycan əleyhinə açıqlama səsləndirməsi mümkün deyil. Görünür, sərhəd münaqişəsində Ukraynanın Azərbaycana verdiyi dəstək Kremli narahat edib.

Bəs biz gün ərzində nə etdik?

Ermənilərin və onlarla birgə hərəkət edən qüvvələrin yaydıqları dezinformasiyaları təkzib etdik. Məsələ burasındadır ki, ermənilərin dezinformasiyası Rusiyanın müxtəlif informasiya agentliklərində geniş yayıldı, Azərbaycan Xarici İşlər Nazirliyinin ukraynalı muzdlular barədə dezinformasiya xarakterli bəyanatı isə yalnız biz oxuduq.

Rusiyadakı azərbaycanlılarla ermənilər arasında küçə döyüşlərinin səbəbi barədə birinci biz rəsmi səviyyədə açıqlama verməliydik.

İndiki halda isə Paşinyanın açıqlamalarını təkzib etməli olacağıq.

Nə zaman qabaqlayıcı addımlar atacağıq?

Kadrlar dəyişir, yeni sturukturlar yaranır, informasiya savaşında isə yenə geri qalırıq, haqlı olduğmuz halda müdafiə mövqeyindədik.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

Şahin Seyidzadə: “SU TƏSƏRRÜFATININ İDARƏ EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTİ VAR”

Read Next

“1999-cu ilin payızındakı gedişlərə…ehtiyac var”-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir