Kafe, restoran, çayxana, internet klubları saat 09.00-dan 15.00-dək işləyəcək – OPERATİV QƏRARGAHDAN YENİ SƏRT QƏRAR

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər davam etdirilir. 

Nazirlər Kabineti yanında operativ qərargahdan Etikxeber.az-a verilən məlumata görə, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır. 

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

Etikxeber.az

Read Previous

Prezident bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna-İANƏ ETDİ

Read Next

“Bilirəm ki, bu elandan sonra kömək üçün müraciət edənlər yenə olacaq, amma…”-AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir