Kafe yandı, üç nəfər tüstüdən boğularaq öldü – BAKIDA

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

FHN-dən Etikxeber.az-a verilən məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Etikxeber.az

Read Previous

ABŞ-da atışma nəticəsində azı 2 nəfər öldü…

Read Next

Sərhəddi pozmağa cəhd göstərən üç banqladeşli və onlara vasitəçilik edən şəxs saxlanıldı – DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir