KAHRAMAN: “Bir daha Türkiyədə dövlət çevrilişinə cəhd olmayacaq və ola bilməz”

“Bundan sonra bir daha Türkiyədə dövlət çevrilişinə cəhd olmayacaq və ola bilməz. Bu, mənim şəxsi fikrim, şəxsi inancımdır”.
Etikxeber.az xəbər verir ki, bunu TBMM başqanı İsmayıl Kahraman TRT HABER-ə açıqlamasında bildirib.
15 iyula kimi Türkiyədə bir neçə dəfə dövlət cevrilişinə cəhdin olduğunu, “darbeçi”lərin həmin zamanlarda öz məqsədlərinə çatdıqlarını təəssüf hissi ilə  bildirsə də, ancaq artıq bundan sonra belə bir cəhdin mümkünsüzlüyünü vurğulayıb.
“15 iyulda Türkiyədə ilk dəfə idi ki, cevriliş cəhdi uğursuzluqla nəticələndi, “darbeçi”lər öz məqsədlərinə çata bilmədilər. Bunun da səbəbkarı əziz Türk milləti və cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan oldu. Odur ki, bundan sonra bir daha Türkiyədə dövlət çevrilişinə cəhd ola bilməz və olmayacaq. Bu, mənim şəxsi fikrim, şəxsi inancımdır”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Hakan Şükür və Arif Erdemin medalları əllərindən alındı – RƏSMİ QƏRARLA

Read Next

“Bütün dövlət məmurlarına, özəl qurumlara xəbərdarlıq etmişəm ki…” – PREZİDENT- FOTO- YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir