Kahramandan Akşənərə 50 minlik təzminat davası – TƏRƏFLƏR MƏHKƏMƏLİK OLDU

Türkiyənin nüfuzlu siyasilərindən olan Meral Akşənərlə TBMM başqanı İsmayıl Kahraman arasında qalmaqal səngimək bilmir.

Etikxeber.az-ın xəbərinə görə, qalmaqala səbəb Kahramanın iftar məclislərindən birində Akşənər haqqında söylədiyi “Bu, Meral Kılıçdaroğludurmu?” ifadəsi olub.
M. Akşənər tərəfindən çox sərt şəkildə qarşılanan bu ifadə və TBMM başqanına ünvanlanan açıq məktub isə tərəfləri məhkəməlik edib.
Yəni, Akşənər haqqında ifadəsini təkzib etməyən Kahraman bunun “zərif bir zarafat” olduğunu, ancaq əski vitse-spikerin bu məsələni çox böyütdüyünü, ucuz bir yolla gündəmə gəlmək istədiyini iddia edərək, sabiq daxili işlər nazirinə qarşı məhkmə davası açıb.
Akşənəri məhkəməyə verən Kahraman sabiq milliət vəkilindən 50 min lirə təzminat tələbində bulunub.
Akşənər də öz növbəsində yenidən Kahranmana yönəlik sərt ifadələr səsləndirib, onu ədəb-ərkana dəvət edib.
 meral-17
Etikxeber.az

Read Previous

TBMM-in “15 iyul albomu”nda CXP-lilərin fotolarına yer verilmədi və…

Read Next

AMAŞOV YAZIR: Mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyil: Bizlərdəndir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir