Kamal Abdulla, Nailə Vəlixanlı, Mənsum İbrahimov, “Şərəf”, Tənzilə Rüstəmxanlı, Teymur Əhmədov, Elman Məmmədov və Həsən Həsənov “Şöhrət” ordeni ilə-TƏLTİF EDİLDİLƏR – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin, bir qrup şəxsin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev eyni zamanda, Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Etikxeber.az

Read Previous

Daha 1052 yeni yoluxma-DAHA 34 ÖLÜM…

Read Next

Bədənində hələ də 79 qəlpə gəzdirən, hələ də müalicə alan İgidimiz, Qazimiz iki gündə iki medalla təltif olundu…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir