Kameralar hər yerdədir, bizi asanlıqla müəyyən edir… – SEVİNC FƏTƏLİYEVA

İnternet idarəçiliyi haqqında danışarkən internetin bizə təqdim etdiyi süni intellektin insan həyatının idarə olmasına və ümumiyyətlə, insan həyatına təsirindən bəhs etməliyik. Son zamanlar süni intellektin inkişafının bir çox potensial risklərlə əlaqəsi barədə bəyanatlar artmaqdadır. Texnologiyaların sürətlə inkişafı həyatımıza daha dərindən nüfuz edib. Süni intellekt həyatımızı asanlaşdırmaq, bir çox prosesləri sadələşdirməklə bərabər, müəyyən risklər və təhdidlər də yaradır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva “İnternet idarəçiliyi və insan hüquqları” məruzəsinin müzakirələri zamanı söyləyib.

Millət vəkili bildirib ki, müstəqil alqoritmlərdən istifadə edən sosial media hədəflənmiş marketinq sahəsində çox səmərəli işləyir.

Onun sözlərinə görə, onlar kim olduğumuzu, nə istədiyimizi, hansı məkanlara tez-tez getdiyimizi, hətta nə haqqında düşündüyümüzü çox dəqiqliklə müəyyən edir və müxtəlif fikirlər yaratmaqla bərabər, düşüncə tərzimizin dəyişməsini asanlıqla müəyyən edir:

“Süni intellekt alqoritmlərin və şəxsi məlumatların köməyi ilə qabaqcadan müəyyən olunmuş və konkret şəxslərə yönəlmiş təbliğatı yaymaqla həmin insanların əhval-ruhiyyəsini idarə, informasiyanı onlar üçün daha inandırıcı olan istənilən formatda təqdim edə bilir.Bu gün internet vasitəsilə istifadəçilərin hər addımını, həmçinin onların öz gündəlik işləri ilə məşğul olduqları vaxtı izləmək və təhlil etmək mümkündür. Kameralar demək olar ki, hər yerdədir və üztanıyan alqoritmlər bizi asanlıqla müəyyən edir. Daim müşahidə altında olmağımız nəticəsində əldə edilən informasiya əsasında qərarların qəbul olunması şəxsi həyata müdaxilə etməklə bərabər, sürətlə sosial zülmə çevrilir. Daha qabaqcıl texnologiyalar uğrunda yarışan şirkətlər süni intellektin yaratdığı təhlükələri unuda bilərlər. Hökumətlər süni intellektin bütün mümkün risk və təhdidlərini araşdırmalıdırlar. Yalnız dövlət tənzimləməsi ilə daha təkmil süni intellekt axtarışında olanların qarşısı alına bilər”.

Etikxeber.az

 

Read Previous

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir

Read Next

Dünya səviyyəsində humanizm və tolerantlıq ideallarının qalib gələcəyinə inanıram – XANIM DEPUTAT AŞPA-DAN SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir