Kamerunda hərbi gəmi çevrildi: Ölən və itkin düşənlər var

Kamerunda hərbi gəmi çevrilib.

Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident ölkənin cənub-qərbindəki Limbe şəhəri və Bakassi yarımadası arasında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində onlarla hərbçi itkin düşüb.

Xüsusi təyinatlı briqada üzvlərini daşıyan hərbi gəminin çevrilməsinin səbəbləri hələ ki, məlum deyil. Hadisə yerində xilasedici əməliyyat aparılır. Hazırda bir hərbçinin meyitinin sudan çıxarıldığı bildirilir.

Etikxeber.az

Read Previous

FHN: Qubada restoran, Bakıda iki avtomobil yandı, liftdə qalmış 8 nəfər isə xilas edildi

Read Next

Aİ üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var – ƏLİYEV – FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir