Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən deputatlığa namizəd, professor Kamilə Əliyevanın Zaqatala rayonun Fındıqlı, Maqov, Paşan sakinləri ilə görüşləri olub.
Etikxeber.az xəbər verir ki, görüşdə çıxış edən deputatlığa namizəd Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf yolunda inamla irəlilədiyini bildirərək, Azərbaycanın güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib.
K. Əliyeva çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siyasətindən də söz açıb.
Seçicilər öz növbəsində millət vəkilliyinə namizədə qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Etikxeber.az