Kamilə Əliyeva həm Balakəndə, həm də Zaqatalada-SEÇİCİLƏRLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən deputatlığa namizəd Kamilə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, deputatlığa namizəd həm Balakəndə, həm də Zaqtalada görüşlər keçirib.

Bu dəfə millət vəkili Zaqatala rayonunun təhsil işçiləri, həm də Balakənin Körtala kəndinin sakinləri ilə görüşüb, onları dinləyib, fikirlərini səsləndirib, çıxış edib.

Qeyd edək ki, 3-cü dəfə adıçəkilən dairədən seçkilərə qatılan millət vəkili Milli Məclisin (MM) Səhiyyə, Elm və təhsil komitələrinin üzvüdür.

BDU-nun kafedra müdiri, professordur.

Mediada və parlamentdə fəallığı ilə seçilənlərdəndir.

Ailəlidir, iki övladı-bir oğlu, bir qızı var.

***

Təhsil Məcəlləsi lazımdırmı?

Azərbaycan bir sıra sahələr üzrə həm çərçivə, həm “ana”, həm sahəvi qanunlar qəbul olunub və həmin qanunların məntiqi davamı olaraq müvafiq məcəllələlər parlamentdən keçib, hüquqi statusunu alıb.

Buna misal olaraq, Vergi, Torpaq, Meşə, Miqrasiya, Mədəniyyət, Turizm Məcəlləsini və digər məcəllələri göstərmək olar.

Bəs görəsən, təhsil sahəsi ilə də bağlı Təhsil Məcəlləsinin hazırlanması və qəbulu gözləniləndirmi və mümkündürmü? Bu sahədə də  Məcəlləyə ehtiyac varmı? Bu yerdə qeyd edək ki, millət vəkilləri tərəfindən zaman-zaman bu yöndə təkliflər eşidilməkdədir. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü, BDU-nun professoru, millət vəkili Kamilə Əliyeva bildirib ki, indiki reallıqda Təhsil Məcəlləsinə bir o qədər də ehtiyac görmür.

“Əlbəttə, gələcəkdə belə bir məcəllə hazırlana, müzakirələrə təqdim oluna, çıxarıla və qəbul oluna bilər, bu, mümkündür və istisna deyil, amma indiki halda ona bir o qədər də ciddi ehtiyac yoxdur. Çünki Azərbaycanda təhsillə bağlı çərçivə qanunu var, eyni zamanda, təhsil qanunvericiliyimiz mütəmadi şəkildə yenilənir, dövrün, zamanın tələblərinə, reallıqlarına uyğun olaraq, təkmilləşdirilir, zənginləşdirilir. Təhsillə bağlı sahəvi qanunların qəbulu gerçəkləşdirilir və gerçəkləşdirilməkdədir. Ona görə indiki reallıqda Təhsil Məcəlləsinin qəbulu aktual görünmür. Amma bir daha qeyd edirəm ki, gələcəkdə belə bir məsələ istisna olunmur, Təhsil Məcəlləsi hazırlana və ona baxıla bilər. Bu, mümkün variantlardandır”, – deyə K.Əliyeva qeyd edib (12 yanvar 2018).

Etikxeber.az

Read Previous

“ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur” – TRAMP

Read Next

Eldəniz Səlimov-SƏRKƏRLİ VƏ GÜLALANDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir