“Kamp Nou” stadionunun adı dəyişir? – FOTO

İspaniyanın “Barselona” futbol klubu ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adını dəyişdirə bilər.

Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kataloniya klubu dərman şirkətlərindən biri ilə müqavilə bağlamağa yaxındır. Əgər tərəflər razılığa gələrsə, arenaya şirkətin adı əlavə olunacaq. Otuz illik nəzərdə tutulan müqavilənin məbləği açıqlanmasa da, bu, idman tarixində bir rekord ola bilər.

Hazırda rekord Amerika Milli Futbol Liqasında çıxış edən “New York Jets” və “New York Giants” klublarına məxsusdur. Onlar 338,6 milyon avro müqabilində 25 il müddətinə ev arenasının adını dəyişmək üçün müqavilə imzalayıblar.

Etikxeber.az

Read Previous

Dünya çempionatında Azərbaycanın iki karateçisi finala yüksəlib – İSPANİYADA

Read Next

“Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib…”- MƏLAHƏT İBRAHİMQIZI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir