Kamran Əliyev səfirliyimizin binasına hücumla bağlı Livan Baş prokurorundan təxirəsalınmaz tədbirlərin görülməsini-İSTƏDİ

Baş prokuror Kamran Əliyev ölkəmizin Beyrutdakı səfirliyinin binasına hücumla bağlı livanlı həmkarı ilə telefonla danışıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bir çox yerli və xarici media resurslarında avqustun 29-da Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxsin səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri səfirliyin inzibati binasına atmalarını əks etdirən videogörüntülər yayılıb.

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat ilə telefon danışığı aparıb.
Danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub.

Həmçinin, qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycan Respublikasının dəstəyi və əməkdaşlığı təklif olunub.

Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib.

Etikxeber.az

Read Previous

“Əfsanəvi tabor”un Şəhidlərindən və Xüsusi Təyinatlılardan olan-“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ KƏRİM ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR – 25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Ukrayna ABŞ-ın 31 “M1 Abrams” tankından ilk 10-nu sentyabrın ortalarında-ALA BİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir