“Azərbaycan hamımızın evidir və…”-MİLLƏT VƏKİLİ KAMRAN ƏLİYEVİN BAŞ PROKUROR TƏYİN OLUNMASINDAN, PREZİDENTİN VİDEOFORMATDA QƏBULUNDAN YAZDI

Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edildi.

Qeyd edim ki, yen Baş prokuror vəzifəsinə ölkə Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülmüşdü.

Təbii ki, Milli Məclis də məsələni müzakirədən keçirərək, ona müsbət münasibətini ifadə edərək, Kamran Əliyevin namizədliyinə öz razılığını bildirdi.

Şəxsən mən də bir millət vəkili olaraq, istər Kamran Əliyevin Baş prokurorluğa namizədliyinin irəli sürülməsinə, istərsə, Milli Məclisin razılığından sonra ölkə Prezidentinin bununla bağlı Sərəncamına çox müsbət yanaşıram, təqdir edirəm.

Çünki Kamran Əliyev bu vəzifəyə doğrudan da, çox layiqli namizədi idi.

Xatırladım ki, Kamran müəllim Xaçmaz rayonunda keçirilən zona müşavirəsində iştirak etmiş və onu çox sadə, çox səmimi, dövlətinə, dövlətçiliyinə, Azərbaycan xalqına, ölkə Prezidentinə çox sadiq və sədaqətli insan kimi tanımışdım və bu mövqeyimdə də qalıram.

Odur ki, Kamran Əliyevi ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsi münasibəti ilə həm öz adımdan, həm də xaçmazlılar adından təbrik edir, ona yeni vəzifəsində, növbəti işlərində uğurlar arzulayıram.

İnanıram və əminəm ki, peşəkar hüquqşünas, prokurorluq orqanlarında uzun və şərəfli bir yol keçmiş insan kimi, Kamran Əliyev bu vəzifəsinin də öhdəsindən uğurla gələcək, ona göstərilən etimadı tam və yüksək səviyyədə doğruldacaq. Kamran Əliyevdə bu potensial, bu qabiliyyət, bu bacarıq var.

Eyni zamanda, ölkə Prezidentinin Kamran Əliyevi videoformatda qəbulu zamanı dedikləri hər bir kəsin, eyni zamanda, ölkədə qanunların və qanunçuluğun təmin olunmasında birbaşa cavabdehlik daşıyan prokurorluq orqanlarının fəaliyyətində başlıca-ana xətti təşkil edəcək.

Hər bir kəs, o cümlədən, prokurorluq əməkdaşları ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri, tələb və tövsiyələri öz fəaliyyətlərində rəhbər tutacaqlar.

Xüsusilə də, rüşvətxorluğa, korrupsiyaya, dövlət əmlakının mənimsənilməsinə və bu kimi digər neqativ hallara qarşı mübarizədə daha böyük prinsipiallıq, daha böyük əzmkarlıq və daha böyük qətiyyətlilik nümayiş etdiriləcək.

Hansı vəzifəni daşımasından, hansı vəzifədə əyləşməsindən asılı olmayaraq, hər bir kəsə qarşı eyni münasibət sərgilənəcək, səhlənkarlığa, nöqsanlara, ciddi səhvlərə yol verənlərə qarşı ən sərt tədbirlər görüləcək, hər kəsə qanunun gücü tanıdılacaq.

Çünki Azərbaycan qanunlarla idarə olunan hüquqi-demokratik ölkədir və digər istiqamətlərdə olduğu kimi, hüquq müstəvisində, hüquq sahəsində aparılan islahatlar bundan sonra da davam etdiriləcək və geridönməz xarakter alacaq.

Ölkə Prezidentin qeyd etdiyi kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var.

“Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var”-deyə, fikirlərini ifadə edən dövlət başçısı həmçinin ümid etdiyini bildirdi ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

Şəxsən mən də inanıram ki, Respubluka Pkorurluğu onun qarşısında qoyulan bu vəzifələrin öhdəsindən gəlməyi bacaraq, Azərbaycanda qanunçuluğun təmin olunması və möhkəmləndirilməsi prosesinə öz töhfələrini verə biləcək.

Bu məsələlərdə xalq, cəmiyyət olaraq, bizlər də öz köməyimizi, dəstəyimizi əsirgəməməliyik və əsirgəməyəcəyik.

Azərbaycan bizim hamımızın evidir və hamımız bu evin huzuru, möhkəmliyi, səadəti, əbədiliyi üçün öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Bu, bizim həm də insanlıq, vətəndaşlıq borcumuzdur.

Ona görə inanıram, əminəm ki, biz birlikdə qalib olacağıq, biz birlikdə hər şeyin öhdəsindən gələcəyik.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

İngiltərə kubokunun finalının tarixi-MÜƏYYƏNLƏŞDİ…

Read Next

“Mən də daxil olmaqla, heç bir deputata seçiciyə maddi yardım etmək, yaxud borc vermək üçün büdcə ayrılmayıb və bu cür vəzifə öhdəliyi yoxdur”-DEPUTATDAN XAHİŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir