Kanadada məscidə hücumun terror aktı olduğu açıqlandı

Kanadada məsciddə 5 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktıdır.

Etikxeber.az-ın RİA “Novosti”-yə istinadən verdiyi  xəbərə görə, bu barədə hadisənin baş verdiyi Kvebek vilayətinin baş naziri Filip Kuyar bildirib.

Terror aktı axşam namazı vaxtı törədilib. Hadisə baş verərkən məsciddə 40-dək adam olub.

Yerli KİV hücumda 3 terrorçunun iştirak  etdiyini bildirir. Artıq  hüquq-mühafizə orqanları 2 şübhəli şəxsi  saxlayıb.

Baş nazir F. Kuyar Kvebek parlamentinə vilayətin bayrağının endirilməsi ilə bağlı müraciət edib.

Ölkənin baş naziri Castin Trüdo isə məsciddə baş verən terror aktını pisləyərək həlak olanların yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, 2016-cı ilin Ramazan ayında eyni məscidin qapısına donuz başı atılmışdı.

Etikxeber.az

 

Read Previous

Mustafayevin iddiası: “148 min daimi olmaqla, 190 minə yaxın iş yeri açılıb ki…”

Read Next

Əsədovdan təklif: Əkin üçün yolkənarı sahələr dövriyyəyə cəlb edilməlidir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir