Kapitan, Qərargah rəisi, iki övladı Vətənə əmanət qalan tək oğul-İMİŞLİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏSƏD HƏSƏNOVUN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, 38 YAŞI TAMAM OLUR…

İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əsəd Fərhad oğlu Həsənovun doğum günüdür.

Əsəd Həsənovun bu gün-16 aprel tarixində 38 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əsəd Həsənov 1988-ci ilin aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Ali-hərbi təhsilli, peşəkar hərbçi idi.

Hərbi xidmət dövründə Kapitan rütbəsinəcən yüksəlib.

Qərargah rəisi işləyib.

İkinci Vətən Müharibəsinin 5-ci günündə, oktyabrın 1-də isə Ağdam rayonunun Mirəşelli kəndi istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi doğulub boya-başa çatdığı Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

O, həm də Şahverdili kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Əsəd, eyni zamanda, ailəli-iki övlad atası olub.

Qızına anasının adını-Mələk adını verib, oğluna isə Hüseyn adını qoyub.

İmişli rayonunda adını daşıyan küçə var.

Həmçinin, ötən il Şəhid olduğu yerdə-Mirəşelli ailəsi tərəfindən xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Bununla yanaşı, ailəsi-anası Mələk Həsənova Əsəd Həsənovun “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülməsini istəyir və bu barədə dövlət başçısına müraciət ünvanlanıb.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanla Rusiya AZAL-ın təyyarə qəzası üzrə məsələlərin həlli barədə razılığa gəldi, Moskva kompensasiya ödəyəcək-BİRGƏ BƏYANAT YAYILDI

Read Next

Bakıda bu yollarda sıxlıq və tıxacdır-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir