Karantində 2914 nəfər var, 81 aktiv koronavirus xəstəsi həkim nəzarətindədir-OPERATİV QƏRARGAH

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

Etikxeber.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

Onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Etikxeber.az

Read Previous

Koronavirus Azərbaycanda da can aldı-6 YENİ YOLUXMA FAKTI AŞKARLANDI – RƏSMİ

Read Next

Milli Məclisin plenar iclasları bundan sonra saat 11-dan 17.00-dək keçiriləcək-DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir