Karate yarışlarının növbəti bürünc medalını Asiman Qurbanlı aktivinə yazdırıb – FOTO

“Bakı-2017”də karatenin kumite yarışlarında +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Asiman Qurbanlı bürünc medal əldə edib.

Etikxeber.az xəbər verir ki, bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareg Hamediyə 6:2 hesabla qalib gəlib. Bununla da Azərbaycan idmançıları “Bakı-2017″ni üç bürünc medalla başa vurublar.

Yarışa dörddəbir finalda qoşulan karateçimiz Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. A.Qurbanlı yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub.

Etikxeber.az

Read Previous

Qadın həndbolçularımız “İslamiada”nın birincisi oldular – FOTO

Read Next

Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir