Karlos məşqçi postundan imtina edib

Roberto Karlos məşqçi postundan imtina edib

İspaniyanın “Real Madrid” klubunu çalışdıran braziliyalı Roberto Karlos Super Liqada çıxış edən “Alanyaspor” klubundan gələn təklifi qəbul etməyib.

Etikxeber.az-ın “Ajansspor”a istinadən verdiyi məlumata görə, bu haqda R. Karlos mətbuata açıqlamasında deyib:

“Əslində, “Alanyaspor” futbol klubu mənə baş məşqçi postunu təklif edib. Bu yaxşı təklifdir. Təkliflə bağlı heç bir problem yoxdur. Amma mənim “Real Madrid” klubu ilə 5 illik müqaviləm var. Bunu başa çatdırmaq məcburiyyətindəyəm. Bundan başqa bu sahədə təcrübəmi artırmam üçün məşqçi kurslarına qatılıram. Hazırda məşqçi kursunun 1-ci mərhələsindəyəm. 6 aydan sonra məşqçi kursunun 1-ci mərhələsini bitirəcəm”– deyə,  R. Karlos əlavə edib.

Qeyd edək ki, R. Karlos “Fənərbağça”da futbolçu kimi çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra isə Türkiyənin “Sivasspor” və “Akhisar” komandalarında baş məşqçi olub.

Xatırladaq ki, hazırda “Real Madrid” klubunda çalışan braziliyalı R. Karlosun qazancı təxminən 1 milyon avrodur.

Etikxeber.az

 

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub

Read Next

“Amerikanın terrorçulara qarşı mövqeyi bəllidir”- Şon Spayser

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir