“Karlov Suriyada sülüh əldə olunması üçün müxalif qüvvələrlə əlaqə qurmuşdu…” – ZAXAROVA

“Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlov Suriyada sülüh əldə olunması üçün  müxalif qüvvələrlə əlaqə qurmuşdu və onlarla dialoq yaratmaq istiqamətində fəaliyyət göstərirdi”.
Etikxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü  Mariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında bildirib.
 M. Zaxarovanın sözlərinə görə,  Karlov  Suriyadakı müxaliflərlə  (yəni, Bəşər Əsəd rejiminə müxalif qüvvələrlə-red) təmasda olan bir diplomat idi:
“Karlov onlarla dialoq qurmağa çalışırdı və bütün səylərini bu istiqamətə yönəltmişdi. O, Suriyada sülhün əldə edilməsi üçün onlarla mütəmadi əlaqə saxlayır və danışıqlar aparırdı.  Karlov Suriyada slühün əldə olunması üçün əlindən gələni edirdi və bu istiqamətdə müəyyən uğurlar da var idi. Onun itirilməsi bizim üçün bir  faciədir”.
M.B
Etikxeber.az

Read Previous

Vergi amnistiyası nəticəsində 600 milyon manat sahibkarların sərəncamında qalacaq- SƏMƏDZADƏ

Read Next

Tramp səfirin qətlini kəskin pislədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir