“Karyeramın sonudur: Yeni çağırışlar var” – ETO KARYERASINI BAŞA VURDU

İspaniyanın “Barselona” futbol klubunun sabiq hücumçusu Samuel Eto karyerasının başa çatdığını bildirib.

Etikxeber.az xəbər verir ki, bununla bağlı futbolçu şəxsi “Instagram” səhifəsində paylaşım edərək yazıb:

“Bu, karyeramın sonudur. Qarşıda yeni çağırışlar var. Hamıya təşəkkür edirəm”.

UEFA Çempionlar Liqasının üçqat qalibi olan 38 yaşlı hücumçu “Real Madrid”, “Malyorka”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor” və “Konyaspor”da oynayıb. Onun formasını geyindiyi sonuncu klubu isə “Qətər” olub.

Samuel Eto Kamerun millisinin tarixində ən çox qol vuran oyunçudur.

Bundan başqa, o, dörd dəfə ilin ən yaxşı afrikalı futbolçusu seçilib.

Etikxeber.az

Read Previous

“Bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir…” – VİTSE-PREMYER

Read Next

Əli Əhmədov yenə müxalifəti hədəf aldı – YAP-IN ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİNDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir