“Kasıb” amerikalılar 17 saat ərzində 1 milyard dollardan çox pul xərcləyib

Amerika Birləşmiş Ştatlarında bu il noyabrın sonuncu cümə axşamı bayram edilən “Şükranlıq Günü”ndə amerikalılar 17 saat ərzində 1,15 milyard dollar pul xərcləyiblər. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il şopinqə 14 faiz çox xərclənilib.

Etikxeber.az “psm7.com” saytına istinadla xəbər verir ki, ənənəyə görə, ABŞ-da bayram şopinqi “Şükranlıq Günü”ndən sonrakı gün başlayır ki, həmin gün “qara cümə” adlanır, onlayn və оflayn mağazalar istehlakçılara 85 faizədək nəhəng endirimlər təklif edir.

Qeyd edək ki, ABŞ-da qəbul edilmiş ənənəyə görə, hər il noyabr ayının sonuncu cümə axşamı “Şükranlıq Günü” bayram edilir. “Şükranlıq Günü” bayramı 1620-ci ildə İngiltərədən Amerikaya gəlmiş və orada Plimut koloniyasını yaratmış gəlmələr məskunlaşdığı ilk günlərdən qeyd edilir. Həmin gəlmələrin təxminən yarısı sərt qış iqliminə dözməyib soyuq və xəstəliklər üzündən ölüb. Yerli hindilərin köməyi ilə salamat qalmış gəlmələr buradakı daşlı-kəsəkli torpaqda yerli bitkiləri becərməyi öyrəniblər. İlk amerikalılar bol məhsul alandan sonra salamat qaldıqlarına görə ulu Tanrıya şükür etməyi və yerli hindilərlə birlikdə bayram keçirməyi qərara alıblar. O vaxtdan hər il qeyd olunan bu bayram Amerika müstəqillik əldə edəndən sonra dövlət bayramı elan olunub.

Etikxeber.az

Read Previous

Saxta pul satan Gürcüstan və Ukrayna vətəndaşları saxlanıldı

Read Next

10 bankın əmanətçilərinə 712 milyon manata yaxın kompensasiya ödənildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir