Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Minsk qrupunun həmsədrləri bölgəyə səfərlərinin yekunlarını ATƏT rəhbərliyi ilə müzakirə edəcək.
Etikxeber.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı diplomat deyib ki, bölgəyə səfəri zamanı tərəflərin mövqeyini dinləyiblər:
“Biz danışıqları Vyanada Minsk qrupu ilə görüşdə davam etdirəcəyik.
Biz eyni zamanda ATƏT rəhbərliyi ilə də görüşüb məsələ barədə fikir mübadiləsi aparmağı planlaşdırırıq.
Bizim “Yüksəksəviyyəli planlama” qrupu ilə görüşmək niyyətimiz var”.
Rusiyalı diplomat eyni zamanda, ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşikin qrupunun genişləndirilməsini də müzakirə etdiklərini dilə gətirib.
“Kaspirşik qrupunun tərkibinin genişləndirilməsi ilə bağlı razılıq olsa da, hələ də ortada bu məsələ ilə bağlı bir sıra texniki problemlər var. Bu məsələ müzakirə olunub. Bu, Minsk qrupunun apreldə müzakirə edəcəyi ən ümdə məsələlərdən biri olacaq”- deyə, İ.Popov bildirib.
Etikxeber.az