Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq – HƏMSƏDR

“Aprel hadisələri çoxsaylı insan itkisinə səbəb oldu, lakin tərəflər bir-birini günahlandırmamalıdır”.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin hadisələr göstərib ki, sülh danışıqları çox vacibdir: “Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu bizim apardığımız danışıqlar üçün çox vacib təməl təşkil edir. Ümid edirik ki, atəşkəsə hörmət davam etdiriləcək. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların nəticəsidir. Əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq”.

Etikxeber.az

Read Previous

Çovdarov aclıq aksiyasına başladı

Read Next

Əliyevdən Hüseynə: “Terror aktından son dərəcə hiddətlənirik”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir