Kastronun cəsədi yandırılacaq

Kuba inqilabının lideri Fidel Kastronun cəsədi bu gün səhər saatlarında kremasiya olunacaq (yandırılacaq).

Etikxeber.az xəbər verir ki, Frans Press agentliyinin yaydığı informasiyaya görə, cəsədinin kremasiya olunmasını mərhumun özü istəyib. Bu barədə onun qardaşı, Kuba lideri Raul Kastro məlumat verib.

Ada dövlətin təxminən yarım əsrlik tarixi Fidel Kastro ilə bağlıdır. Onun başçılığı ilə 1959-cu il yanvarın 1-də Kuba inqilabı baş verib və Batista rejimi devrilib. 1959-1976-cı illərdə ölkənin Baş naziri olan Fidel Kastro daha sonra 30 il ərzində Kuba Dövlət Şurası və Nazirlər Sovetinin sədri, inqilabi silahlı qüvvələrin ali baş komandanı və Milli Müdafiə Şurasının rəhbəri postlarını tutub. Səhhətinin pisləşməsi ilə əlaqədar 2006-cı il iyulun 31-də vəzifələrini və səlahiyyətlərini qardaşı Raul Kastroya verib.

Xatırladaq ki, Fidel Kastro dünən 90 yaşında vəfat edib.

Etikxeber.az

 

Read Previous

Nazarbayev hakimiyyətdə qalma və iqtidarın varisə ötürülməsi şərtlərini açıqladı

Read Next

Bakının bəzi yollarında avtomobillərin hərəkətində sıxlıq yaranıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir