“Keçən dəfə kim dedi, nə dedi, bunun yeri deyil…” – SPİKERDƏN İRAD – YENİLƏNİB

Spiker YAP-çı deputatın sözünü kəsdi: Nizamnaməyə əməl edin!

Milli Məclisdə (MM) “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətli, dinamik inkişaf yolundadır, ölkənin siyasi və iqtisadi təhlükəsizliyi atılan addımlarla, görülən işlərlə ən yüksək səviyyədə təmin olunmaqdadır.

O, qeyd edib ki, bu inkişaf, bu artım başlıca olaraq, ölkənin ali maliyyə sənədi olan dövlət büdcəsində özünü götərməkdədir:

“Özünüz də görürsünüz ki, büdcəmiz ildən-ilə artır və 25 milyard manatlıq həddi keçib. Bu, inkişafa ən böyük nümunədir”.

Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Şəmsəddin Hacıyev isə çıxışında Azərbaycanın Etmənistanla müqayisə olunmasını düzgün hesab etmədiyini bildirib:

“Keçən dəfə burada bəziləri belə iddia etdi ki, Ermənistanda həyat səviyyəsi, inkişaf göstəriciləri bizidəkindən yükkəkdir, filandır. Hamısı yalandır, çox qüsurlu müqayisədir. Məgər, bu ölkənin başdan-ayağa rəzalət, çöküş içində olduğunu bilmirik?! Biz Ermənistandan hər bir məsələdə dəfələrlə yüksəkdəyik”.

oqtay-1

Spiker Oqtay Əsədov öz növbəsində Ş. Hacıyevin çıxışını yarımçıq dayandırıb:

“Keçən dəfə kim dedi, nə dedi, bunun yeri deyil. Kim Nizamnamədən kənara çıxsa, müzakirə olunan məsələni qoyub, başqa məsələdən danışsa, onun sözünü kəsəcəm, yarımçıq dayandıracam. Nizamnaməyə əməl edin!”.

Müzakirələrə qatılan vergilər naziri Mikayıl Cabbarov birinci oxunuşda spikerin qaldırdığı məsələyə toxunaraq, bildirib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir:  “Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır. Ölçü meyarı dinamikasını nümayiş etdirmək üçün 2018- ci illə müqayisədə qeyd edə bilərəm ki, nağd pul kütləsinin cəmi pul kütləsində çəkisi 60, 1 faizdən ,51,9 faizə qədər azalıb. Bu rəqəm dinamikanın hansı şəkildə olduğunu aydın göstərir. 2016-ci illə müqayisə də post terminallarının sayında 16 faiz azalma olub. Qeyd edim ki, hazırda 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da ən yüksək göstərici hesab  olunur. Xatırladım ki, post-terminalların quraşdırılması prosesində 3 tərəf iştirak edir.  Nağdsız hesablaşmaların aparılmasında tərəflərin hansının maraqlı olduğuna baxmalıyıq.  Bilirsiniz ki, bu məsələdə sahibkarlar komissiya haqları ödəyirlər. Bu rəqəm  1, 29,- 2,37 faiz arasında dəyişir. Bizdə tariflər yüksək deyil. Dövlət buna müdaxilə etmir. İkinci məsələ, cəzasızlıq mühitidir. Mövcud qanunvericilik post –terminalların quraşdırılmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicələrinə əsas olaraq bəhanələr gətirir.Vergilər Nazirliyi  cəza məsuliyyətinin olması üçün təşəbbüslə çıxış edib. Amma qurumlar arasında razılıq əldə olunmayıb. Əgər Mili Məclis təşəbbüs edərsə, həmin qanun layihəsini təqdim etməyə  hazırıq”.

M. Cabbarovun çıxışından və qanun layihəsinin ikinci oxunuşda qəbulundan sonra iclasa qatılan hökümət üzvləri parlamenti tərk ediblər.

***

Spiker deputatlara hirsləndi…

Onu da qeyd edək ki,  gündəlikdə olan digər məsələnin- “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinin səsverməsi zamanı O. Əsədov  deputatlara hirslənib və irad tutub.

“İclasda 100 nəfər oturub, amma 78 nəfər səs verir. Hadi müəllim, sizə də aiddir. Necə olur ki, iclasda, zalda 100 nəfər var, amma 78 nəfər səs verir?! Xahiş edirəm, səsverməyə düzgün əməl edin və səs verin”-deyə, spiker sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycanda feministlər olmayıb, çünki…” – HİCRAN HÜSEYNOVA

Read Next

Bələdiyyələrə yeni səlahiyyət verilir – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir