Keçmiş nazir bu dəfə-KONSTİTUSİYA MƏHKƏMƏSİNİN HAKİMİ OLACAQ…

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, iclasda aşağıdakı məsələlər müzakirəyə çıxarılıb:

– Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında.

– “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

– Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Müzakirələrdən sonra qeyd edilən məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

BMT TŞ-nin iclası niyə-TƏXİRƏ SALINDI?

Read Next

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində bir çox səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə edilir-DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir